Erməni hərbçi qəza törətdi: Yaralılar var
27 İyul 2018 16:20 DünyaErmənistanın Lori vilayətində ağır yol qəzası baş verib.
Vanadzor-Spitak yolunun 2-ci kilometrliyində "VAZ- 21099" markalı avtomobillə "VAZ-2106" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda polislər qəzanın səbəbini və yaralıların şəxsiyyətini araşdırır.
Qeyd olunub ki, avtomobillərdən birini Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən hərbçi idarə edirmiş.
AzVision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31