Bakıda YANĞIN - Yanan yararsız avtomobil şinləri
27 İyul 2018 16:58 KriminalBakıda yanğın olub.
FHN-dən verilən məlumata görə, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 m² sahədə yanıb.
Yaxınlıqdakı çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 2 otağın pəncərəsinin şüşələri çatlayıb, binanın üzlük hissəsi qismən qaralıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31