Ermənistanda iqtisadi modelin dəyişdirilməsi tələb olunur – ÖZƏL
16:56 SiyasətOlaylar.az xəbər verir ki, müxalifətin "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan Parlamentin İqtisadi məsələlər daimi komissiyasının sədrinin seçilməsi zamanı bildirib ki, ölkədə köklü iqtisadi islahatlara ehtiyac var. Deputatın sözlərinə görə, son illərdə qeydə alınan iqtisadi artım əhalinin rifahına müsbət təsir göstərməyib və ölkədə 600 minə yaxın insan yoxsulluq həddində yaşayır.
O qeyd edib ki, ÜDM-dəki təxminən 5 trilyon dramlıq artımın 2,5 trilyonu əhalinin, 2,4 trilyonu isə dövlətin götürdüyü kreditlər hesabınadır. Karapetyan xəbərdarlıq edib ki, misin yüksək qiyməti və Rusiya-Ukrayna müharibəsi ilə bağlı maliyyə axınları kimi müvəqqəti amillərə söykənən bu model dəyişməsə, Ermənistan Livanın taleyini yaşaya bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31