Aİ rəsmiləri Brüsseldə fəalların aksiyalarından narahatdırlar ÖZƏL
12:06 DünyaAvropa İttifaqı (Aİ) qurumlarının əməkdaşları fəalların kampaniyaları fonunda Brüsseldə keçirilən ictimai tədbirlərdə təhlükəsizliklərinin təmin olunmasından narahatdırlar.
Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Narahatlıqlar Avropa Xərçəng Sammitində pestisidlərə qarşı çıxan fəalların Avropa komissarı Olivér Várhelyiyə naməlum toz atmasından sonra artıb. Aİ rəsmiləri, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı kampaniyalar və əməkdaşların şəxsi məlumatlarının sızdırılması ilə bağlı təhlükəsizlik risklərinə diqqət çəkiblər.
Həmkarlar ittifaqının nümayəndəsi Kristiano Sebastianinin sözlərinə görə, narahatlıqların digər səbəblərindən biri də Brüsseldə, xüsusilə Gare du Nord ərazisində cinayətkarlıq səviyyəsinin yüksək olmasıdır.