Ermənistan müxalifəti yeni konstitusiya layihəsini tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, müxalif "Ermənistan" fraksiyasının deputatı Levon Köçəryan noyabrın 25-də keçirdiyi mətbuat konfransında bu günlərdə dərc olunmuş yeni konstitusiya layihəsini "biabırçı və qəbuledilməz" adlandırıb. O, layihənin hakimiyyətin avtoritar meyillərini daha da gücləndirdiyini, hakimlər üzərində tam nəzarət yaratmağa və qanuna geriyə şamil edilmə qüvvəsi verməyə yönəldiyini iddia edib. Levon Köçəryan sənəddə Müstəqillik Bəyannaməsinə istinad saxlanılsaydı belə, bu mətnin mövcud konstitusiyadan daha pis olduğunu və buna qarşı çıxacaqlarını vurğulayıb. 

Eyni blokun deputatı Aqnesa Xamoyan isə ölkədə siyasi özbaşınalığın hökm sürdüyünü deyib. O qeyd edib ki, Nikol Paşinyan referendum təşkil etmək üçün çatışmayan 6 səsi əldə etmək məqsədilə müxalifətə təklif ünvanlasa da, parlament müxalifətinin hər iki lideri və "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qaqik Tsarukyan həbsdədir. Xamoyan həbsdə olan ikinci prezident Robert Köçəryanın layihənin mətni ilə tanış olmaq imkanının belə olmadığını bildirib. Deputatın sözlərinə görə, "Vətəndaş müqaviləsi" partiyasının seçkilərdə konstitusiya çoxluğu qazana bilməməsi xalqın artıq bu məsələyə öz münasibətini bildirdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00