Gündəm

"Ölkəmizdə qarşıdurma, barışmazlıq mühiti yaratmaq istəyirlər" - Siyasi ekspert

31 İyul 2018 13:34

"Bəzi xarici dairələr və onların din pərdəsi arxasında gizlətdiyi vətən xainləri nəyin bahasına olursa-olsun Azərbaycan xalqının və dövlətinin iradəsini qırmağa, vətəndaşlarımız arasına nifaq toxumu səpməyə çalışırlar. Bu prosesin vahid mərkəzdən idarə olunduğuna qətiyyən şübhə yoxdur və prosesin arxasında dayanan xüsusi xidmət orqanlarının, işğalçı Ermənistanı himayə edən, Azərbaycan torpaqlarının qəsb edilməsi zamanı Ermənistan üçün “həyat yolu” missiyasını yerinə yetirən, regionu münaqişələr, qarşıdurmalar yolu ilə nəzarətdə saxlamağa çalışan dairələrin də ünvanı hər kəsə bəllidir". Bu fikirləri Olaylar.az-a açıqlamasında "Xalq cəbhəsi"-qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Deputat: "2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər"

31 İyul 2018 13:11

"2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər". Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.