Ermənistanda keçmiş məmurlara verilmiş diplomatik pasportlar geri alınır
31 İyul 2018 13:13 DünyaErmənistanda keçmiş dövlət məmurlarından diplomatik pasportlar geri alınır.
Bunu ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
Onun sözlərinə görə, nazirlik keçmiş dövlət məmurlarına diplomatik pasportları təhvil vermələri ilə bağlı müraciət edib.
"Keçmiş məmurların çoxu bu çağırışa cavab olaraq diplomatik pasportları qaytarıblar. İyulun 31-dən bu pasportlar etibarsızdır. Dövlət sərhəd xidmətnə məsələ ilə bağlı uyğun informasiya verilib", - o vurğulayıb.
Qeyd edək ki, diplomatik pasportu daşıyanların toxunulmazlığı var və onlar başqa ölkələrə vizasız da gedə bilirlər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31