"Qalatasaray" "Milan"ın hücumçusunu icarəyə götürüb
31 İyul 2018 13:15 İdmanTürkiyənin "Qalatasaray" klubu İtaliya təmsilçisi "Milan"ın futbolçusu Andrea Silvanı icarəyə götürməklə bağlı razılıq əldə edib.
İstanbul təmsilçisi 23 yaşlı portuqaliyalı hücumçunun keçidi üçün "Milan"a heç bir məbləğ ödəməyəcək. "Qalatasaray" Silvaya illik 3 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Silva 2017-ci ildə "Portu"dan "Milan"a keçib. O, İtaliya komandasının heyətində 24 oyun keçirib və 2 qol vurub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31