Gündəm

Politoloq: "Paşinyan indi də Türkiyəyə qırmaq atır"

31 İyul 2018 13:51

“Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrinin birində deyib ki, Ermənistan ilkin şərt irəli dürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə, sərhədi açmağa hazırdır. Bu açıqlamada yeni heç nə yoxdur. Eyni sözləri keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaradıb”. Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.