Avropa Komissiyası TANAP-a 5 milyon avro ayırdı
31 İyul 2018 13:56 İqtisadiyyatAvropa Komissiyası Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb.
TANAP Azərbaycanın təbii qazının Avropaya nəql edəcək Cənubi Qaz Dəhlisinin ən önəmli halqasını təşkil edir.
Məlumatda, həmçinin qeyd edilib ki, bu vəsaitlə birlikdə TANAP üçün 2014-cü ildən bu günə qədər Avropa İttifaqının proqramlarından təmin edilən qrantların ümumi məbləği 15 milyon avrodan çoxdur.
AzVision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31