Yıldız Tilbe ilk dəfə Bakıya gəlir
31 İyul 2018 14:05 MədəniyyətTürkiyə qədər Azərbaycanda da sevilən məşhur müğənni Yıldız Tilbe Bakının qonağı olacaq.
İlk dəfə Azərbaycana səfər edəcək ifaçı oktyabrın 13-ü Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Tilbe gecədə repertuarının sevilən mahnılarını səsləndirəcək.
Konsert biletləri tezliklə satışa çıxarılacaq.
Qeyd edək ki, Yıldız Tilbe son aylar məşhur müğənnilərlə ərsəyə gəytirdiyi "Yıldızlı şarkılar" albomu ilə gündəmdədir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31