Trampın sağ əli Güney Asiya turuna çıxır
31 İyul 2018 14:16 DünyaABŞ dövlət katibi Mayk Pompeo 1-5 avqust tarixlərində Malaziya, Sinqapur və İndoneziyaya səfər edəcək.
Dövlət Departamenti səfərlə bağlı yazılı açıqlama verib.
Açıqlamada deyilir ki, Mayk Pompeo Malaziyada dövlət rəsmiləri ilə görüşəcək, görüşdə seçkilərdən sonra hökumətin keçid dövrü ilə bağlı müzakirələr aparacaq.
Sinqapura gedən Pompeo Şərqi Asiya Nazirlər sammitinə qatılacaq, Sinqapurun xarici işlər naziri Vivian Balakrişna ilə görüşəcək.
Mayk Pompeo İndoneziyada da bu ölkənin ali hakimiyyət nümayəndələri ilə müzakirələr aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31