Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
31 İyul 2018 13:38 İqtisadiyyatİyulun 31-də Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, buna səbəb diametri 530 mm-lik qaz xəttinin korroziyaya uğramış 35 metr hissəsinin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işlərinin aparılmasıdır, Görülən zəruri təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.