Bütün dünya Azərbaycanın inkişafından danışır...
31 İyul 2018 13:42 SiyasətBəzi satqınlar isə Avropada oturub erməni dəyirmanına su tökürlər
Özünü jurnalistikada təsdiq edə bilməyən şəxslər hökumətə qara yaxmaqla məşğuldur
Artıq bir xeyli müddətdir ki, Azərbaycanə gözdən salma, onun əldə etdiyi uğurlara kölgə salmaq kimi mənfi tendensiya müşahidə edilir. Təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, erməni lobbisinin başlamış olduğu bu antiAzərbaycan kampaniyasına müxtəlif adlar altında Avropada özünə sığınacaq tapmış bəzi "azərbaycanlılar" da qoşulub. Onlar da müxtəlif sosial şəbəkələr, ayrı-ayrı ölkələrdə Azərbaycan əleyhinə yaradılaraq fəaliyyət göstərən elektron portallarda intensiv şəkildə materiallar dərc edərək Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Təbii ki, bu cür mənfi tendensiya qoca qitədə yaşayan, hər bir fəaliyyətində, atdığı addımda dövlət və dövlətçilik maraqlarını üstün tutan soydaşlarımız tərəfindən etirazla qarşılanır, onlar da müxtəlif formalarda antiAzərbaycan şəbəkəsinə, onlara dəstək verən milli satqınlara öz etirazlarını ifadə edirlər. Bu günlərdə antiAzərbaycan fəaliyyəti ilə seçilən elektron portallardan birində ölkəmiz əleyhinə dərc edilən məqaləyə də cavab gecikməyib. Belə ki, dövlət və dövlətçilik maraqlarını hər şeydən üstün tutan soydaşlarımız həmin materiala cavab olaraq redaksiyamıza məktub ünvanlayıblar. Qeyd olunur ki, son zamanlar çox qəribə bir mərəz yaranıb. Əlinə qələm tutan məşhurlaşmaq üçün hökuməti tənqid edir, Cənab Prezidentə, ailəsinə və hətta dövlət məmurlarına açıq şəkildə təhqir yağdırır: "İlham Əliyev də o qədər humanist və demokrat şəxsdir ki, bu təhqirləri sükutla keçir. Əslində, Prezidentin hümanistliyi və mərhəməti cəmiyyətdə çox arxayınlıq yaradıb. Əsası ulu öndər tərəfindən qoyulmuş hakimiyyətin gördüyü işləri, inkişafı və tərəqqini ancaq korlar və ermənipərəstlər görməyə bilərlər. Bütün dünya Azərbaycanın inkişafından danışır, bəzi satqınlar da gedib Avropada oturub erməni dəyirmanına su tökürlər. Bizim yeganə düşmənimiz ermənilərdir. Erməni maraqlarına xidmət edənlər isə bu dövlətə, hakimiyyətə və cənab İlham Əliyevə xəyanət edirlər, belələrinin cəzası edamdır". Məqalədə qeyd edilir ki, Avropada qəpik-quruşa görə ölkəsini pisləyənlərdən biri də yeni üzə çıxıb. Bildirilir ki, jurnalist olduğunu iddia edən bu vətən xaini Röya Rəfiyeva adlı birisidir: "Röya Rəfiyeva savadsız və düşüncəsiz olduğunu öz yazısında sübut edir. O, bu günlərdə "Özünüz üçün düzəltdiyiniz mətbuat gününüz mübarək olmasın, cənab Əli Həsənov" adlı bir yazı paylaşıb. Yazının başlığından məlum olur ki, Röya hələ mətbuat gününün əsasının kim tərəfindən qoyulduğunu bilmir. Xanım Rəfiyeva Əli Həsənovun Azərbaycan üçün gördüyü işləri tənqid edir. Yazır ki, Azərbaycanda mətbuat azadlığı yoxdur və Əli Həsənov mətbuata ayrılan vəsaiti mənimsəyir. Lakin ölkənin ən sanballı jurnalistlərinin çoxu İlham Əliyevin siyasətini dəstəkləyir və artıq jurnalistlər üçün üçüncü bina tikilir. Hakimiyyətin mətbuata və jurnalistlərə yaratdığı şəraiti heç bir ölkədə görmək mümkün deyil. Əli Həsənov və komandası mətbuat üçün ayrılan vəsaiti mənimsəyirsə, bu evlər hansı vəsaitlə tikilir? Bir göstəricini xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. On il əvvəl baş redaktorlar metro və ictimai nəqliyyatla gəzirdilər, indi isə ən kasıb baş redaktor 30-40 minlik maşında gəzir. Elə bir neçə gün əvvəl qəzetlərə 1 milyon vəsait ayrıldı. Kimsə dövlətin ayırdığı vəsaitdən yararlana bilmirsə, öz səriştəsizliyidir. Deməli, yaxşı qələm sahibi deyil, normal yazı yaza bilmir. Özünü jurnalistikada təsdiq edə bilməyən şəxslər hökumətə qara yaxmaqla məşğuldur".
Yazıda vurğulanır ki, Azərbaycan mətbuatını qaralamaq və cənab Prezidentin gördüyü işlərə kölgə salmaq ermənilərin işidir: "Çünki, bütün dünya cənab İlham Əliyevin əvəzolunmaz liderlik bacarığından danışır, Ermənistanda isə son 20 ildə artıq 4-cü prezident rəhbərlik edir. Ona görə yox ki, ermənilər demokratdırlar. Ona görə ki, ermənilərin İlham Əliyev kimi əvəzolunmaz prezidenti yoxdur. Nəticədə erməni xalqının boğazından kəsib, İlham Əliyev komandasına qarşı əkstəbliğat aparmaqla məşğul olurlar. Məncə, həmin vəsaiti Röya kimilərə verməkdənsə, səfil günündə yaşayan erməni xalqına paylasalar, yaxşı olar. Biz, azərbaycanlılar cənab İlham Əliyevin ətrafında sıx birləşmişik. Röya Rəfiyevaya deyirik ki, sənin kimi dövlət xainləri heç nəyə nail ola bilməyəcəksiz. İlham Əliyev və onun mükəmməl komandası ölkəni peşəkar idarə edir. Ölkəmizə uzanan əlləri qətiyyətlə kəsir. Röya Rəfiyeva da mütləq öz cəzasını alacaq. Azərbaycanda vətəndaşlar üçün təmin edilmiş həyat səviyyəsindən imtina edərək, gedib Avropada əyilə-əyilə gəzən Röya hökumətə xəyanət etdiyi üçün mütləq xəcalət çəkəcək, utanacaq. Sonda deputat Elman Nəsirovun bir kəlamını qeyd edirəm. "Biz onları elə vəziyyətdə saxlayırıq ki, səngərdə əyilə-əyilə gəzirlər. Mənim torpağımda heç bir erməni əsgəri günəşi dik görə bilməz. Biz onlara imkan vermərik ki, dik gəzsinlər". Röya Rəfiyev unutmasın ki, erməni əsgərini əyilə-əyilə gəzməyə məcbur edən Azərbaycan ordusu tezliklə röyakimiləri də diz çökdürəcək. Çox az qalıb, Cənab Prezidentin əleyhinə danışan hər kəs ağır şəkildə cəzalanacaq, elə Röya Rəfiyeva da".
Məhəmməd