Dövlətin idarə olunmasının baza istiqamətləri
10:22 SiyasətMövzudan haşiyə çıxaraq, əvvəlcə bir məsələni qeyd etmək yerinə düşər ki, dövlət siyasətində (daxili və xarici) humanizm var, böyüklük var. Lakin bu böyüklük maraqların təmin olunması kontekstindən formalaşır. Dövlət müdafiə etdiyi, humanitar yardım göstərdiyi tərəfə rəhmi gəlir. Onu müdafiə edir. Beynəlxalq aləmdə dəstək verir, sözünü deyir. Lakin bu müdafiə başlıca olaraq özü ilə maraqları gətirir. Humanizm prinsiplərindən də güc amili olaraq istifadə olunur. Nəticə etibarilə hesab etmək olar ki, humanizm geosiyasi maraqlara xidmət edir.
İndi isə dövlətin iadrə olunması haqqında: Dövlət mücərrəd anlayış, məfhum olmaqla bərabər, həm də konkret bir kompleksiyadr. Özünün qarşılıqlı əlaqələr və münasibətlər ssitemi, mexanizmisi və strukturu var. Dövlətin idarəçiliyi tənizmləmə aktlarından ibarətdir. Tənzimləmə aktları horizonlat və şaquli müstəvidə bir-birinə bağlıdır. Tənzimləmə aktlarının məcmusu dövlətin idarəçiliyi üçün şərtləri özündə ehtiva edir. Dövlət idarəçiliyinin xətləri və yolları layihələri, prqramları. Gediş yollarını özündə əks etdirir. Dövlət mühafizəedici, təminedici və bu baxımdan da hərəkətləri ümumiləşdirici, davranışları müəyyənedici tərəfdir. Dövlətin təyin etmə və müəyyən etmə siyasəti onun davranışının əsaslarını özündə ehtiva edir. Dövlət öz üzvləri ilə davranır, daha doğrusu, dövləti təşkil edən üzvlər, elementlər müəyyən sistem daxilində və sistemlər arasında davranırlar. Bu davranışlar aktları, maraqların mahiyyətini özündə daşıyan addımları ehtiva edir. Dövlət ona görə müdafiə edir və müdafiə etdiyini təmin edir ki, özünü yaşatsın. Çünki dövlətin mövcudluğu onun tərkib elementlərinin mövcudluğu deməkdir. Dövlət cəm halda onun tərkibini təşkil edən elementlərin məcmusunda özünü ifadə edir. Dövlət forma və məzmun dəyişikliyi olan tənzimləmə ilə özünü sübuta yetirir.
Dövlətin siyasi sistemində insanların, cəmiyyətin qruplaşdığı hakimiyyət və qeyri -hakimiyyət təmsil olunur. Hakimiyyət və qeyri-hakimiyyət tərəflərdir və dövlət idarəçiliyinin əsas mənbəyini təşkil edir. Qeyri-hakimiyyət tərəfi hakimiyyət üçün mənbə rolunu oynayır. Hakimiyyətin subyekti qeyri-hakimiyyət tərəfindən formalaşır. Dövlət idarə olunan obyekt və idarə edən tərəfdir, subyektdir. Dövlət tənzim olunur və bir tərəf kimi tənzim edir. Dövlətin adından hakimiyyət tənzimedici tərəf kimi çıxış edir. Dövlətdən, xalqın müəyyən etdiyi ali siyasi təşkilatdan hüquq alır. Səlahiyyət qazanır. Funksiya qazanır, öhdəlik əldə edir. Dövlət strukturlardan, siyasi və inizbati idarəçilik strukturlarından təşkil olunur. Hər bir strukturun, tərəf kimi subyektin öz vəzifə və funksiyaları mövcud olur. Dövlət qanunvericiliyi ilə tərəflər hüquq və səlahiyyətlər qazanırlar. Strukturların əlaqəli fəaliyyəti dövlətin universal idarəçilik sisteminin əsaslarını özündə əks etdirir. Dövlət qanunvericiliyi ilə dövlət idarə olunur. Deməli, dövlət həm daxildən, həm də xaricdən, xarici təsirlərdən idarə olunur.
Dövlət idarəçilyi alidən mərkəzə və oradan da ətraflara, yerlərə doğru uzanır. Piramidal müstəvidə şaxəli, pilləli idarəçilik mövcud olur və bu sistem mexanizm şəkilində maraqları təmin edir. Qeyd etmək yerinə düşər ki, dövlət onun mənbəyini təşkil edən vasitələrin, elementlərin maraqlarını təmin etməklə onları öz tərəfinə bağlayır. Mənbəni özündən asılı edir. Mənbə dövlətə haqq verir və strukturların fərqli əsaslarla təşkil olunmasını şərtləndirir.
Dövlət idarəçiliyini təşkil edən elementlərin qarşılıqlı münasibətləri və əlaqələri təbii özündə baza və şaxəli idarəçilik xətlərini meydana gətirir. Bu xətlərin şəbəkəsi mövcud olur. Bu baxımdan da qəbul etmək olar ki, dövlət şəbəkəli sistemdən və strukturdan təşkil olunan bir kompleksiyadır.
Hesab edə bilərik ki, dövlət idarəçiliyinin iki mühüm tənzimləmə istiqaməti var: birincisi, vasitələrin idarəçiliyi; ikincisi, düşüncələrin idarəçiliyidir. Vasitələr düşüncələri yönləndirə bilir. Lakin daha çox düşüncələr vasitələri yön verir. Vasitələrin idarəçilyi sistemin, inzibati və siyasi aparatın fiziki idarəçilyidir. Əsasında, obyektində maddi vasitələr dayanır. Düşüncələrin idarəçiliyi isə fikirlərin, baxışlarn, mövqe və ideyaların, təşəbbüslərin dövlət üçün müəyyən asxarlara yönləndirlməsidir. Bu, daha çox ruhun tənzimlənməsidir, fəlsəfəyə söykənir, müdrikliklə, yəni fəlsəfə isə əhatə olunur.
Dövlət ideyalarla təşkil olunduğuna və ideyalarla amallara xidmət etdiyinə görə fəlsəfi kompleksiyadır. Dövlət ideal, real, mücərrəd və konkret bir qurumdur. Fizikası ruhundan, ruhun tələbatından formalaşır. Dövlət ideyalarla formalaşır. İdeyalar əsasında ümumi istiqamətinin əsasları müəyyən olunur. Dövlət xidmət edən tərəf kimi əhəmiyyət kəsb edir və insanların sosial-rifah hallarının yaxşı əsaslarla formalaşmasını əsaslandırır. Dövlət bu yöndə hüquqi, sosial və mədəni bir qurumdur. Sosialdır, ona görə ki, insanlara, cəmiyyətə xidmət üçündür, hüquqidir, ona görə ki, insan hüquqlarının fərdi və kollektiv əsaslarını təmin edir, mədənidir, ona görə ki, yaradıcı və qurucu funksiyanı özündə daşıyır.
Düşüncələrin idarəçiliyi özündə qanunvericiliyi, bu baxımdan da strateji ideyaları, konsepsiyaları, doktrinaları, baza ideologiyanı əks etdirir. Dövlətin konstitusiya əsası və onun nəzəri aspektlərinin formalaşdırılması dövlətin fəlsəfi idarəçilyinin qayəsini, məğzini özündə təsbit edir. Dövlətin ideyalarını yerinə yetirən gündəlik, cari funksiyalarını icar edən aparatı, mexanizmi isə fiziki idarəçilyinin əsaslarını özündə daşıyr.
Dövlətin fəlsəfi idarəçiyi nəzərdiir, konseptual baxışlardan təşkil olunur. Fiziki idarəçilik isə nəzəri-fəlsəfi idarəçilik üçün baza təminedici əhəmiyyət kəsb edir.
Dövlətin ali idarəçiliyinə aid ola bilir:
-Dövlət sərhədlərinin müəyyən olunması;
-Dövlət atributlarının və rəmzlərinin müəyyən olunması;
-Dövlət himninin müəyyən olunması;
-Qanunvericiliyin formalaşdırılması;
-Dövlət hakimiyyətinin qollarının formalaşdırılması;
-Dövlətin idarəçiliyi üçün fondun formalaşdırılması;
-Dövlət büdcəsinin formalaşdırılmasının baza istiqamətləri;
-Dövlətin pul siyasəti;
-Hərbi siyasəti;
-Sosial-humanitar məsələlər;
-Elm və təhsil məsələləri və s.
Ümumiyyətlə, ali idarəçilik ümumidir və fiziki idarəçilik onun tərkibində daha çox cari funksiya üçündür. Maraqların təmin olunmasının əsaslarını özündə təsbit edir. Dövlətin inzibati idarəçiliyi onun fəlsəfi idarəçiliyinin tərkibini müəyyən etmək və təmin etmək funksiyasını yerinə yetirir.
Dövlətin ali səviyyəli idarəçiliyi daha çox fəlsəfi, inzibati-aparat idarəçiliyi isə elmi mahiyyət kəsb edir. Məsələn, sosial -rifah hal bir tezisdir. Onun tərkibi isə elmi obyektdir. İnsan hüquqları bir fələsfi tezisdir. Tərkibi isə daha çox elmi aspektlər müəyyən edir. Ali idarəçilik cəmiyyətdə xoşbəxtlik axtarır. Xoşbəxtlik üçün sosial-rifahın təmin olunmasının fiziki əsasları fiziki idarəçiliklə müəyyən olunur.
Elşən Nəsibov
Siyasətşünas-alim, yazıçı-publisist