ABŞ Yaponiyadan Amerika bazalarının saxlanması üçün xərcləri artırmağı tələb edir- ÖZƏL
10:20 DünyaTramp administrasiyası Tokiodan Yaponiyadakı Amerika hərbi bazalarının saxlanmasına xərclərini təxminən üç dəfə artırmağı tələb edir. Olaylar.az xəbər verir ki, Nikkei qəzetinin məlumatına görə , Vaşinqtonun hesablamalarına görə, növbəti beş il ərzində xərclər 4 trilyon yenən (cari məzənnə ilə təxminən 19 milyard dollar) çox olacaq.
Yaponiya indiyə qədər ölkədəki ABŞ bazalarının saxlanması üçün maliyyələşdirməni təxminən 1,4 dəfə artıraraq ildə 300 milyard yenə (təxminən 1,9 milyard dollar) çatdırmaq istəyini bildirib. Bu məsələ ilə bağlı danışıqlar yaydan bəri davam edir və tərəflər ilin sonuna qədər razılığa gəlməyi gözləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00