Aydın Quliyev: “Azərbaycandakı nəqliyyat tarifləri MDB və bəzi uzaq ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir”
31 İyul 2018 13:31 İqtisadiyyat"Metro və avtobus nəqliyyatı üzrə yeni sərnişindaşıma tarifləri əhalimizin müəyyən hissəsinə qeyri populyar addım kimi görünsə də bu dəyişikliyin dərin iqtisadi əsaslara söykəndiyi birmənalı aydındır. Çox keçmədən hamı buna əmin olacaq. Başqa sözlə desək, gediş haqlarında bahalaşma sadəcə şəxslərin qərarı yox,ölkədə gedən hərtərəfli proseslərin məntiqi tələbidir".
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Aydın Quliyev qeyd edib ki, Azərbaycanın neft və qeyri neft sektorlarının xüsusilə son 10 ildəki inkişafını dünyanın ən nüfuzlu agentlikləri birmənalı qeyd edirlər. "İqtisadi inkişafın məntiqi budur ki, iqtisadiyyat böyüdükcə buna uyğun olaraq pul dövriyyə sistemi də genişlənməlidir. Bunun ən səmərəli yolu iqtisadi inkişaf göstəricilərinə paralel qiymətlərdə də islahat aparmaqdır.Məntiqi ardicıllığın davamı olaraq əmək haqqı və pensiyalarda artım gözlənilir. Son illərdə bu dəfələrlə baş verib".
Son qiymət artımı iqtisadi inkişafın nəticəsi olmaqla yanaşı nəqliyyat sahəsinin özünün inkişafına və əmək haqlarının artımına yeni perspektivler açdığını qeyd edən Aydın Quliyev bildirdi ki, dövlət belə addımları əmək haqları və pensiyaların məntiqəuyğun artımına yeni şərait açmaq və müvafiq sahələrin sonrakı inkişafını təmin etmək üçün artır. O da nəzərə alınmalıdır ki, Azərbaycandakı nəqliyyat tarifləri MDB və bəzi uzaq ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir.