Dünya

Rusiyada erməni iş adamının telekanalı müflisləşib

19 May 2017 14:27

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.  Bu barədə “Kommersant” qəzeti yazıb.  Qəzet qeyd edib ki, “Life” telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.

Rusiya Belarusda istehsal olunan süd məhsullarına məhdudiyyət qoyub

19 May 2017 14:18

Rusiya Baytar və Bitki sanitariyasına nəzarət üzrə Federal Agentliyi mayın 19-dan Belarusda istehsal edilən süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Rusiya hakimiyyəti bunu qarşı tərəfin sanitar normaları dəfələrlə pozması ilə əlaqələndirib. Belarus müəssisələrinin istehsal etdiyi quru süd, quru süd süzməsi, pendir, yağın Rusiyaya idxalı məhdudlaşdırılıb.

Ermənistan rəhbərliyinin faşizm siyasəti

19 May 2017 14:06

Ermənilər yeni mübarizə mərhələsinə başlayıblar. Hazırda dünyadakı erməni lobbisinin əsas fəaliyyəti yeni Ağ Ev rəhbəri Donald Trampa yaxınlaşmaq və qondarma soyqırımın növbəti ildönümündə Birləşmiş Ştatlar prezidentinin dilindən soyqırım ifadəsinin işlədilməsinə nail olmaqdır. Elə tanınmış israilli ekspert Arye Qut da belə düşünür. O, bildirib ki, hazırda ermənilər Prezident Donald Trampa yaxınlaşmaq üçün yollar axtarırlar. Keçən il İsrail parlamenti bu məsələni səsverməyə çıxarmadı. Çünki hökumətin mövqeyini təmsil edən portfelsiz nazir Tsaxi Xaneqbi bu məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif etmişdi. Yeri gəlmişkən, Xaneqbi özünün çıxışında “soyqırımı” sözündən istifadə etmir. 1915-ci il hadisələrini sadəcə “faciəli hadisələr” adlandırırdı.

Ermənistan parlamentinə üç sədr müavini seçilib

19 May 2017 13:59

Ermənistan parlamenti sədrinin 3 müavini seçilib. Mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib. Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif “Tsarukyan” blokunu  təmsil edirlər. 

Hindistanda körpünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb

19 May 2017 13:57

Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb. Hadisə Cənubi Qoada baş verib. Hazırda axtarış-xilasetmə işləri aparılır. Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib. 

Ermənilər "silahı" Sarkisyana tuşladı: biabırçı vəziyyət və öldürülən 11 düşmən əsgəri

19 May 2017 13:46

Ermənistan prezidenti Serj Sarkisyanın orduya yeni əsgərlərin çağırılması ilə bağlı imzaladığı fərman erməni cəmiyyətində narazılıq yaradıb. Erməni hüquq müdafiəçisi Ruben Martirosyan Sarkisyanın cavab verməli olduğunu deyib: “Əgər Serj Sarkisyan çğaırış haqda fərman imzalayırsa, paralel olaraq itkilər haqda cavab verməlidir. Çünki aprelin 20-dən mayın 14-nə qədər orduda 11 əsgər ölüb.

İranın vitse-prezidenti: “Qutudan kimin adı çıxarsa, ona hörmətlə yanaşmalıyıq”

19 May 2017 13:43

Seçki qutusundan kimin adı çıxarsa, ona hörmətlə yanaşmalıyıq. Bunu İran prezidentinin birinci müavini İshaq Cahangiri deyib. İ.Cahangiri bu gün Daxili İşlər Nazirliyində yaradılmış Seçki Qərargahında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, bu gün İran xalqı üçün  tarixi və həlledici bir gündür. İ. Cahangiri əhalinin aktivliyinin çox yüksək olduğunu söyləyib: "Düşünürəm bu gün keçirilən seçkilər əhalinin iştirak səviyyəsinə görə ən önəmli və tarixi bir seçki olacaq. İran xalqı bilir ki, regionun indiki şəraitində onların seçkidə geniş iştirakı həlledicidir".

Tatlısəsin işçisi ilə mübahisəsi düşdü, işə polis qarışdı

19 May 2017 13:28

Müğənni İbrahim Tatlısəsin Quşadası və Bodrumdakı otelləri üçün müxtəlif işlər gördüyünü söyləyən Murad Özey adlı işçisi ilə mübahisəsi düşüb.  Bu yaxınlarda Tatlısəsin yanına gedən Özey ona olan borcun ödənməsini istəyib. Sənətçi isə onu "evinə hücum etmə" şikayəti ilə polisə şikayət edib və Murada heç bir borcunun olmadığını, bütün pulunu ödədiyini iddia edib.

Məktəbdə şagirdlər təxliyə edildilər - Strasburqda BOMBA HƏYƏCANI

19 May 2017 13:25

Fransanın şərqində Strasburqda səhər saatlarında məktəbdə şagirdlər təxliyə ediliblər. Təxliyə məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə informasiya alındıqdan sonra aparılıb. İnformasiyadan dərhal sonra təhsil müəssisəsində dərslər dayandırlıb, hazırda məktəbdən təxliyə edilmiş uaşqlar ərazidən uzaqlaşdırılıb.

Türkiyə səfiri: "Azərbaycan İslam Həmrəyliyi oyunlarını çox gözəl təşkil edib"

19 May 2017 13:11

"Azərbaycan IV İslam Həmrəyliyi oyunlarını çox gözəl təşkil edib". Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, bu münasibətlə Azərbaycana təbriklərini çatdırıb.

Parisdə AR 99 cu ildönümünə həsr edilmiş foto sərgi keçirilib

19 May 2017 13:06

Parisdə Azərbaycan Respublikasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycana səyahət” adlı foto sərgi açılıb.  2 may 2017-ci il Parisdə Azərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evi təskilatçılığı ilə “Azərbaycana səyahət” adlı foto sərginin vernissajı keçirilmişdir. Sərgi Şərq və Türkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilə təşkil olunmuşdur. Vernissajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azerbaycan Evinin sedri Mirvari Fətəliyeva acaraq qonaqlara sərginin məqsədi barədə məlumat vermiş, fotoların muəlliflərini təqdim etmişdir. 

"Sözcü" qəzetinin rəhbərləri  həbs edildi

19 May 2017 13:04

Türkiyədə müxalif mövqeli "Sözcü" qəzetinin rəhbərliyinə daxil olan 4 nəfərə qarşı polis əməliyyatı keçirilir.  “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, qəzetin sahibi Burak Akbay, internet saytının məsul direktoru Mediha Olqun, maliyyə işləri üzrə müdiri Yonca Kaleli və müxbiri Gökmən Ulu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən "Fətullahçı Terror Təşkilatı"na üzvlük ittihamı ilə həbs qərarı verildiyi bildirilir. Bu şəxslərin evlərində və iş yerlərində axtarış aparılır. 

İŞİD Suriyada qətliam törətdi: 51 nəfər öldürüldü

19 May 2017 12:29

İŞİD terrorçularının Suriyanın Səlamiyə şəhəri yaxınlığında yerləşən Akareb kəndinə hücum etməsi nəticəsində 51 dinc sakin ölüb. Bu barədə “Sputnik” agentliyi məlumat yayıb. Qətliam nəticəsində 100-dən çox insanın yaralandığı bildirilib.

Orta məktəbdə kütləvi zəhərlənmə

19 May 2017 12:15

Çinin paytaxtında kütləvi zəhərlənmə baş verib. İçdikləri sudan zəhərlənən şagirdlər təcili xəstəxanaya aparılıb. Mərkəzi xəstəxanaya yüksək dərəcəli temperatur və ishal şikayətləri ilə 381 şagird daxil olub.

İncirlik əvəzində 480 nəfər... - Danışıqların pərdəarxası detalları AÇILDI

19 May 2017 12:12

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel İncirlik böhranın pərdəarxasını izah edib. Vaşinqtona səfəri zamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışında İncirlik böhranının həlli üçün Türkiyənin irəli sürdüyü şərti açıqlayıb.