"Sözcü" qəzetinin rəhbərləri həbs edildi
Türkiyədə müxalif mövqeli "Sözcü" qəzetinin rəhbərliyinə daxil olan 4 nəfərə qarşı polis əməliyyatı keçirilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, qəzetin sahibi Burak Akbay, internet saytının məsul direktoru Mediha Olqun, maliyyə işləri üzrə müdiri Yonca Kaleli və müxbiri Gökmən Ulu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən "Fətullahçı Terror Təşkilatı"na üzvlük ittihamı ilə həbs qərarı verildiyi bildirilir. Bu şəxslərin evlərində və iş yerlərində axtarış aparılır.
19 May 2017 13:04 DünyaTürkiyədə müxalif mövqeli "Sözcü" qəzetinin rəhbərliyinə daxil olan 4 nəfərə qarşı polis əməliyyatı keçirilir. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, qəzetin sahibi Burak Akbay, internet saytının məsul direktoru Mediha Olqun, maliyyə işləri üzrə müdiri Yonca Kaleli və müxbiri Gökmən Ulu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən "Fətullahçı Terror Təşkilatı"na üzvlük ittihamı ilə həbs qərarı verildiyi bildirilir. Bu şəxslərin evlərində və iş yerlərində axtarış aparılır.
"Sözcü"nün vəkilləri hələlik həbs qərarı barədə məlumatı olmadıqlarını deyiblər.