Hindistanda körpünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb

Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb. Hadisə Cənubi Qoada baş verib. Hazırda axtarış-xilasetmə işləri aparılır. Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib. 

Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb. Hadisə Cənubi Qoada baş verib. Hazırda axtarış-xilasetmə işləri aparılır. Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib. Yerli sakinlərin sözlərinə görə, körpü qəzalı vəziyyətdə idi və son 4 ildə onun üzərindən hərəkət etmək qadağan olunub. Çaya düşən şəxslərdən 14 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.  Apa.az "russian.news.cn" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31