Dünya
Ərinin dostu tərəfindən qaçırılan qadın tapıldı - İNTİHAR ETMƏK İSTƏDİ - VİDEO
Adanada özəl bir kollecdə nəzarətçi işləyən qadının həmin iş yerində sürücülük edən kişi tərəfindən qaçırıldığı barədə xəbər vermişdik. Qaçırıldığı irəli sürülən, həmin avtobusda nəzarətçi işləyən 3 uşaq anası Mersindəki bir xəstəxanada tapılıb.
Avropa Məhkəməsindən Ermənistana zərbə
Avropa İnsan Haqları məhkəməsi "Nikoğosyan Ermənistana qarşı" işi üzrə qərar qəbul edib. Robert Nikoğosyan 2011-ci ilin dekabrın 3-də İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında konvensiyanın 34-cü maddəsinin əsasında Ermənistana qarşı şikayət təqdim edib.
Dmitri Medvedev Türkiyəyə gedir
Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək. Səfərdə məqsəd mayın 22-də İstanbulda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etməkdir. D.Medvedevin türkiyəli həmkarı Binəli Yıldırımla görüşəcəyi də gözlənilir.
Britaniya homoseksualları Ermənistandan üstün tutdu
Böyük Britaniyanın Ermənistandakı səfiriliyində krallığın bayrağının yerində LGBT icmasının bayrağı dalğalanır. "Qanun naminə" ictimai hərəkatının üzvləri səfirliyə gedərək bayrağın yığışdırılmasını tələb ediblər.
Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır
Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı 242 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.
"DQR"in sabiq müdafiə nazirinin həbs müddəti uzadıldı
“Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayanın həbs müddəti uzadılıb. Bunu onun vəkili Avetis Kalayan deyib. Vəkilin sözlərinə görə, S. Babayan məhkəmə iclasına qatılmaq istəməyib.
Tramp köməkçisi Flinni istefaya göndərdiyinə peşman olub
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Flinnin Ağ Evə qayıdacağına ümid edir.
Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək. Avropa Komissiyasının mətbuat katibi Marqaritis Skinas görüşün mayın 25-də Brüsseldə baş tutacağını deyib.
ABŞ Suriyanı vurdu – Rusiyadan cavab
ABŞ-ın hərbi təyyarələri Suriya vətəndaşlarını vurur. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qatilov Cenevrədə jurnalistlərə açıqlamasında deyib. “ABŞ Suriyanın suverenliyinə əngəl törədir, hadisələrin siyasi həll tapmasına imkan vermir”, - deyə o bildirib.
Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu - VİDEO
Türkiyənin Kocaeli valiliyinin Darı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Uğur K. (32) adlı şəxs boşanma iddiası açdığı yoldaşının evinə gedib. Lakin evdə bir yük şirkətində çalışdığı öyrənilən Bilal O. (27) ilə qarşılaşıb.
Dağıstanda quldur dəstəsinin başçısı və onun üç köməkçisi zərərsizləşdirilib
Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən "Kadar" dəstəsinin başçısı zərərsizləşdirilib. Milli Antiterror Komitəsinin məlumatında əməliyyat zamanı Dağıstanın Buynaksk rayonunun Karamaxi kəndindəki fərdi evlərin birində cinayət fəaliyyəti ilə məşğul olan qrup üzvləri aşkar edilib. Quldurları mühasirə alan hüquq-mühafizə orqanlarının silahı yerə qoyub təslim olmaq təklifinə qarşı tərəf atəş açmaqla cavab verib.
Türkiyəyə siyasi blef - Kəşfiyyatçı generaldan DÖRD SƏBƏB
Almaniyanın İncirlik hərbi hava bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi blefdir. Bunu Türkiyənin hərbi kəşfiyyat mütəxəssisi, ehtiyatda olan general Fəxri Erenel deyib.
Ermənistanda siyasi məhbuslar xalqı üsyana çağırdı
Siyasi məhbus Jirayr Sefilyan və "Sasna Tsrer" təşkilatı Yerevanda keçirilən mer seçkilərində müxalif Zaruhi Postançıyan və onun qızına qarşı edilən zorakılıq barədə bəyanat yayıb.
Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir
Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb. Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.
“Wikileaks”in qurucusuna qarşı istintaq dayandırıldı
İsveç prokurorluğu avstraliyalı jurnalist, “Wikileaks”in qurucusu Culian Assanja qarşı istintaqı dayandırıb. İstintaq artıq 7 il idi davam edirdi. Assanj İsveç prokurorluğu tərəfindən cinsi zorakılıqda ittiham olunurdu. Lakin Assanj bu ittihamları heç vaxt qəbul etməyib. Sonuncu dəfə 6 ay əvvəl İsveç rəsmilərinə müsahibə verib. Assanj, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən hərbi və diplomatik sənədləri mediyaya sızdırmaqda ittiham olunur.














