Dünya

“YouTube”da canlı yayımdan hamı yararlana biləcək

19 May 2017 20:01

Populyar “YouTube” videoservisi videobloger, onların abunəçiləri və tamaşaçılara hədiyyə edərək qeydiyyatdan keçmiş bütün iştirakçılar və digər kontent yaradıcıları üçün onlyan translyasiyalar aparmağa şərait yaradıb.  

İnsanlar 100 il sonra məhv olmasalar, su altında yaşayacaqlar

19 May 2017 19:49

Yaxın və uzaq gələcəkdə Yer kürəsində həyat qlobal kataklizmlərlə rastlaşacaq. Yer kürəsində baş verəcək iqlim dəyişikliyi və ya başqa qəzalar növbəti milyon il ərzində insan sivilizasiyasının tamamilə məhv olmasına gətirib çıxara bilər.

Teleskoplar kosmosda yığılacaq- VİDEO

19 May 2017 19:43

Beynəlxalq Kosmik Stansiya göyərtəsində üçölçülü printer hüququna malik “Made In Space” şirkəti orbitdə obyektlərin quraşdırılması üzrə unikal aparat yaradıb. “Archinaut” adlanan qurğu böyük “3D” printeri və elastik kosmik manipulyatoru vahid blokda birləşdirir. Şirkətin baş direktoru Endryu Raşın sözlərinə görə, yeni aparatın oxşar qurğulardan fərqi onun kosmosda böyük obyektləri yığa bilməsindədir ki, onları da kosmosa yığılmış və ya sökülmüş vəziyyətdə göndərmək qeyri-mümkündür.

Sərxoş kişi ilanı qadın sanıb öpdü və olanlar oldu

19 May 2017 19:38

ABŞ-ın Florida ştatının sakini ilanı öpmək istəyib və nəticədə ilanın hücumuna məruz qalıb. Bu barədə onun dostu jurnalistlərə məlumat verib. Qeyd edib ki, dostu sərxoş imiş. Zınqırovlu, nəhəng ilanı görüb və ona yaxınlaşaraq, qızdan gözəl olduğunu deyib və öpüb. Amma elə qız kimi də inadcıl olan ilan onu öpən kişini cavabsız qoymayıb. Dərhal kişinin dilindən çalıb.

“Android” istifadəçilərinin sayı nə qədərdir?

19 May 2017 19:33

“Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin sayı 2 milyardı ötüb. Bu barədə “Google” şirkətinin icraçı direktoru Sandar Piçay “Google I/O” proqram tərtibatçıları konfransı zamanı bildirib.

Yeni həll idmançıların ürəkdöyünməsini göstərəcək

19 May 2017 19:29

Oyunlar tarixində ən innovativ olacağı gözlənilən “Tokio-2020” Olimpiadası ərəfəsində Yaponiyanın texnoloji nəhəngi “Panasonic” stadion və idman tədbirləri üçün orijinal həllərin sınaqlarına başlayıb.

Tanınmış cütlük ikinci dəfə ayrıldı

19 May 2017 19:24

Aktrisa Hande Erçel aktyor sevgilisi Ekin Mert Daymazdan ayrılıb.  Gah küsən, gah barışan cütlük sonuncu dəfə münasibətlərinə fevralda son qoymuşdu. Daha sonra barışan Hande ilə Ekin bu dəfə də yola gedə bilməyiblər. İkinci dəfə ayrılan tanınmışlar İnstagram-da bir-birlərini izləməyi də dayandırıb.

Marsda kassa aparatı tapılıb? -  İDDİA

19 May 2017 19:20

Britaniyanın “ArtAlienTV” şirkətindən olan ufoloqlar Mars planetində “Curiosity” araşdırma aparatı ilə çəkilən şəkildə köhnə kassa aparatını xatırladan sirli bir obyekt aşkar ediblər.  Ufoloqlar yenə də iddia edirlər ki, NASA kosmik agentliyinin mütəxəssisləri insanlardan nəyisə gizlədirlər.  Bu dəfə konspirologiya nəzəriyyəsinin həvəskarları bildiriblər ki, NASA əməkdaşları bilərəkdən “Qırmızı planet”dən olan görüntüləri pisləşdirirlər ki, adi izləyicilər Marsın üzərində yerləşən digər gözəl əşyaları görə bilməsinlər. 

Kosmosda paltaryuyan maşın quraşdırılacaq

19 May 2017 19:15

Rusiyanın “Energiya” raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər. Bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir. “Energiya” mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək. 

Zəif internet sağlamlığa ziyandır

19 May 2017 19:10

Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər.  Belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər. Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.  

Alimlər dünyada ən nazik holoqram yaradıblar

19 May 2017 19:00

Avstraliya və Çindən olan alimlər komandası insan saçından 1000 dəfə nazik holoqram yaratmağa nail olublar. Alimlərin qənaətincə, bu ixtira 3D holoqramların smartfon, kompüter və televizorlar daxil olmaqla məişət elektronikasına tətbiqinə imkan verəcək.

Rusiyanın peyki xarab oldu

19 May 2017 18:22

Rusiyanın Yerin fəzasında olan süni peyklərindən biri sıradan çıxıb. "Resurs-P3" peyki Yerə informasiya ötürülməsini dayandırıb.

Ruben Martirosyan: “Ordu rüsvayçı vəziyyətdədir” 

19 May 2017 17:33

Ermənistan prezidenti Serj Sarkisyanın həqiqi hərbi xidmət yaşına çatmış gənclərin həqiqi hərbi xidmət keçmək üçün yay çağırışı barədə fərman imzalamasından sonra ölkədə ictimaiyyəti yenidən qıcıqlanmağa başlayıb. Belə ki, Ermənistanın tanınmış hüquq müdafiəçisi Ruben Martirosyan sözügedən məsələ ilə bağlı kəskin etirazını bildirərək xatırladıb ki, təkcə aprelin 20-dən mayın 14-ə qədər erməni ordusunda 11 hərbi qulluqçu həyatını itirib. Bu isə yalnız onun əlində olan məlumatdır, həqiqətdə isə bu rəqəm daha çoxdur. Ermənistanın 1in.am saytının rus dilli bölməsinə açıqlama verən erməni hüquq müdafiəçisinin sözlərinə görə, Serj Sarkisyan buna görə xalqa hesabat verməli olması yerinə, həyasızcasına hərbi xidmətə çağırış fərmanı imzalayır.