Dünya
Avtobus sürücüsü tələbə qızı zorladı - İstanbulu dəhşətə salan hadisə - VİDEO
İstanbul məhkəməsi tarixə keçəcək bir qərara imza atıb. Gecə yarısı Bağdad prospektində evinə gedən 19 yaşlı tələbə qızı zorlayan avtobus sürücüsü Cengiz Aya verilən 45 il həbs cəzası daha 12 il artırılıb.
Şok kadrlar: müxalifətin yürüşündə oğrunu diri-diri yandırdılar - VİDEO
Venesuelada etiraz aksiyaları səngimək bilmir. Srağagün və dünən 200 min insan paytaxt Karakas küçələrinə çıxıblar. DİN binasına tərəf yürüş edən aksiya iştirakçılarının əksəriyyətinin üzlərində qoruyucu maska vardı.
İngilislər Rusiyaya qarşı lazer silahı sifariş ediblər
Böyük Britaniyanın Müdafiə Nazirliyi lazer silahların istehsal edilməsi üçün bir neçə Avropa şirkəti ilə müqavilə imzalayıb. Xəzər xəbər-in məlumatına görə, müqavilənin dəyəri 30 milyon sterlinqdir.
Boşanmaları haqda deyilən səbəb düz çıxmadı
Model Tülin Şahinlə həyat yoldaşı Memet Özer 12 illik ailə həyatına ötən həftə səssiz-sədasız son qoymuşdular. Cütlüyün boşanmasına səbəb kimi Tülinin bədən forması pozulmasın deyə ana olmaq istəməməsi göstərilirdi. Ancaq modelin yaxınlarından əldə edilən məlumata görə, məsələ tamamilə başqa cür imiş.
Meksikada avtobus qəzası - 12 ölü, 30 yaralı
Meksikanın Çyapas ştatında dağlıq rayonda avtobusun yoldan çıxıb aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 12 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Medvedyev İstanbulda Ərdoğanla görüşəcək
Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Görüş Medvedevin İstanbula səfəri zamanı baş tutacaq.
Türkiyədə yeni terror aktının qarşısı alınıb
Ötən gün Ankarada zərərsizləşdirilmiş iki İŞİD döyüşçüsünün terror aktı hazırlaması məlum olub. Belə bir açıqlama ilə Ankaranın qubernatoru çıxış edib. Ankara qubernatorunun sözlərinə görə, terror aktı Türkiyənin hakim partiyasının qurultayı zamanı planlaşdırılıbmış.
Sudanda silah-sursat anbarında partlayış baş verib, ölən və yaralananlar var
Sudanda silah-sursat anbarında partlayış baş verib. İnsident Nyala şəhərində qeydə alınıb. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 67 nəfər müxtəlif dərəcəli xəsarət alıb. İlkin məlumata əsasən, partlayışa qısa qapanma səbəb olub.
Yüksək vəzifəli məmur intihar etdi - Türkmənistanda
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Yereşov 52 yaşında ölüb. Araşdırma zamanı məlum olub ki, vitse-prezident özünü asaraq intihar edib.














