Dünya

Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həlak olub

22 May 2017 16:25

Yəmən vəba epidemiyası təhlükəsi altındadır, son bir ayda bu xəstəlikdən 250 nəfər həlak olub, hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur.  Bu barədə "Uşaqları xilas edin" xeyriyyə təşkilatı bəyanat yayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vətəndaş müharibəsi gedən ölkədə xəstəlik sürətlə yayılır. Xəstələnənlərin əksəriyyəti paytaxat Sanadadır, artıq hökumət orqanları fövqəladə vəziyyət elan edib.

Vaqonun üzərində şəkil çəkdirmək istəyən qızı 30 min voltluq cərəyan vurdu: Yandı

22 May 2017 16:10

Eskişehirdə şəkil çəkdirmək üçün yük qatarının üzərində çıxan Ebru Demiri 30 min voltluq cərəyan vurub. Enveriye Qatar Stansiyasında dünən qatar gözləyərkən şəkil çəkdirmək istəyən Eskişehir Şəhid Həsən Önal Peşə və Texniki Anadolu Liseyinin 10-cu sinif şagirdi Ebru Demir vaqonlardan birinin üzərinə çıxıb.

Polisin ölümündə günahlandırılan aktrisa saxlanıldı

22 May 2017 15:25

Britaniyalı aktrisa polislər tərəfindən saxlanılarkən qışqırıb, səs-küy salıb.  Taylandda "Tsunami Warrior" və "Brown Sugar" kinolarına çəkilən aktrisa Anna Reese Banqkokdakı gecə klubundan qaçarkən polislər tərəfindən saxlanılıb. Saxlanılarkən müğənninin səs-küy salması, aqressiv davranması klubdakıların diqqətini çəkib.

“İslam NATO”su

22 May 2017 15:24

Həftə sonu Ər-Riyadda baş tutan Ərəb-İslam-Amerika sammiti ətrafında müzakirələr, bu sammitin mümkün nəticələri barədə fikir mübadilələri davam edir, bundan sonrakı proseslər barədə bir sıra mülahizələr, proqnozlar səsləndirilir. Xüsusilə, səslənən fikirlər arasında Ağ Ev rəhbəri kimi Donald Trampın ilk olaraq müsəlman ölkəsinə səfər etməsi xüsusi yer alır.

Türkiyə və Rusiya arasında ticarət məhdudiyyəti aradan qaldırılıb

22 May 2017 15:17

Türkiyə və Rusiya qarşılıqlı olaraq ticarət məhdudiyyətlərinin aradan götürülməsinə dair bəyanat imzalayıb. Sənəd iki ölkənin hökumət başçılarının müavinləri Arkadi Dvorkoviç və Mehmet Şimşek tərəfindən İstanbulda imzalanıb. 

Azərbaycanlı İŞİD-çinin Ankaraya gətirdiyi terrorçulardan çertyoj tapıldı - VİDEO

22 May 2017 15:04

Ankara valisi Ercan Topaca Etimesgut mahalında zərəsizləşdirilən 2 İŞİD terrorçusunun şəxsiyyətlərinin hələ təsbit edilmədiyini bildirib.  Öldürülən terrorçuların üzərlərindən çıxan ilkin əlyazma çertyojlarından haranı hədəf aldığı məlum olub. Həmin çertyojlarda AK Partiya konqresi və Dikmendə bir qeyri-hökumət təşkilatının hədəf alındığı açıqlanıb.

ABŞ senatoru Putini və Lavrovu təhqir etdi

22 May 2017 14:46

ABŞ senatoru Con Makkeyn Rusiya prezidenti Vladimir Putinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ünvanına təhqiramiz ifadələr işlədib.  “Fox News Sunday” proqramında çıxış edən Makkeyn ABŞ prezidenti Donald Trampın Ağ Evdə Sergey Lavrovu qəbul etməsinə münasibət bildirərək deyib ki, Rusiya XİN başçısının “oval kabinetdə işi yoxdur”.

İranın xarici işlər naziri: "Tramp Səudiyyə Ərəbistanından pul çəkmək istəyir"

22 May 2017 14:37

"ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından bütün pulları qopartmaq istəyir". Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın Səudiyyə Ərəbistanında rəsmi Tehrana qarşı səsləndirdiyi fikrə cavab olaraq deyib.

Şimali Koreyanın buraxdığı raket 500 kilometr məsafə qət edib

22 May 2017 14:35

Xəbər verdiyimiz kimi, KXDR “Pukkıkson-2” tipli orta məsafəli ballistik raket buraxılışı həyata keçirib. Prosesi ölkə başçısı Kim Çen In şəxsən izləyib. Raket 500 kilometr məsafəni qət edərək.

Rusiyanın Su-24 təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxs 5 il həbs cəzası alıb

22 May 2017 14:15

Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib. Müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub. A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.

İsraildə motosiklet insanları əzdi: 4 yaralı

22 May 2017 13:53

İsrailin paytaxtı Tel-Əvivdə avtomobil motosikletlə toqquşub. Vurulan motosiklet səkidə piyadaların üzərinə sürüşüb. Nəticədə 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

“Proseslər mənfi ssenari üzrə gedir” – Moskvadan ŞOK XƏBƏRDARLIQ

22 May 2017 13:09

“Koreya Xalq Demokratik Respublikası ətrafında hadisələrin inkişafı mənfi ssenari üzrə gedir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib. “Hadisələrin inkişafı mənfi ssenari üzrə gedir. Hərəkətlərin və əks-fəaliyyətlərin qüsurlu məntiqinə görə, buna son qoymaq lazımdır”, - diplomat jurnalistlərə deyib. Ryabkov qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketin sınağı nüvəsizləşməyə imkan yaratmır. O, həmçinin Vaşinqtonu təmkin nümayiş etdirməyə çağırıb. “Amma, digər tərəfdən, Vaşinqtondakı həmkarlarımızı şimal-şərqi Asiyası dövlətlərinin paytaxtlarında maksimal təmkinlik göstərməyə çağırırıq. Təlim-tədris tədbirlərinin və Pxenyanın hərəkətlərinə cavab olaraq regionda müasir sistemlərin genişləndirilməsi düzgün deyil. Çünki bu cür əks-tədbirlər gərginliyi artırır”, - o vurğulayıb.

Danimarkada miqrantlarla bağlı şok qadağa

22 May 2017 12:25

Danimarkanın paytaxtı Kopenhagendə miqrantların küçələrə çıxması qadağan edilir.  Buna səbəb ötən həftə Danimarkada bir kəndçinin 6 miqrant gəncin hücumuna məruz qalmasıdır. 

Paytaxt xəstəxanasında bomba partladıldı: ən azı 23 nəfər…

22 May 2017 12:21

Tailandın paytaxtı Banqkokda xəstəxanalarıdan birində partlayış baş verib.  Hadisə nəticəsində ən azı 23 nəfər zərər çəkib. Şəhərin polis rəisinin müavini Srivara Ransibraxmanakulanın sözlərinə görə, partlayışın yerində partlayıcı maddənin izləri aşkar edilib.

İyulda müharibə başlaya bilər: 100 gün vaxt verilib

22 May 2017 12:13

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib. Bu haqda mənbələrə istinadən “The Asahi Shimbun” nəşri yazıb.