Dünya
Zanyer: "Avropanın təhlükəsizlik problemlərinin həlli əməkdaşlıq tələb edir"
“Avropada təhlükəsizliklə bağlı problemlərdə irəliləyişə nail olmağın yeganə yolu qarşılıqlı fəaliyyətlə bağlı sahələrin axtarılmasıdır”. Bu barədə Çexiyanın paytaxtı Praqada keçirilən ATƏT-in “Parçalanma və qütbləşməyə qarşı” konfransında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.
Türkiyədə ən böyük mafiya başçısı tutuldu - "Necə tapdınız məni?" - VİDEO
Türkiyədə son 25 ilə ərzində bir çox cinayət hadisəsində iştirak edib, 2005-ci ildə Sarallar çetesiyle girdiyi qarşıdurmada onlarla insanın edam əmrlərini verməkdə təqsirləndirilən Sedat Şahin haqda maraqlı detallat üzə çıxıb.
"Məndə mal çoxdur, niyə dərd edirlər?"
Həyat yoldaşı Ceyda Sabahdan boşanan müğənni-bəstəkar Coşkun Sabah xanımına təzminat kimi 4 ev, 1 mağaza, 2,2 milyon lirə pul (1,1 milyon manat) verməli olub.
Rianna zərgərliyə başlayır
Məşhur amerikalı müğənni Rianna dünən Fransanın Kann şəhərində yeni zinət əşyaları kolleksiyasının təqdimat gecəsində idi. 29 yaşlı müğəni "Chopard" brendi ilə əməkdaşlığa başlayıb.
İki tələbə qız əl-ələ tutub intihar etdi - Gəzməyə getmişdilər - VİDEO
İki tələbə qız rəfiqələri ilə birlikdə əylənmək üçün getdikləri dağdan özlərini atıblar. Türkiyənin Muğla şəhərində iki tələbə qız dostlarıyla birlikdə mənzərəyə baxmaq üçün getdikləri Masa dağında əl-ələ tutaraq intihar ediblər.
Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır
Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakin NATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir. Bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib.
1500 nəfər dondurmadan zəhərləndi - Özbəkistanda
Özbəkistanın Əndican vilayətinin Şəhrixan rayonunda 1500 nəfərdən çox insan dondurmadan zəhərlənib. Rayonun bir neçə yüz sakininə ilkin tibbi yardım göstərilib.
Oliqarx oğlunun "Gelandewagen"i müsadirə olundu
Rusiyada "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun "Mercedes-Benz Gelandewagen" markalı cipi dövlətin xeyrinə müsadirə olunub.
22 il əvvəl Türkiyə qurdu, Ermənistan "qapdı"
1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür. İstanbul maliyyə mərkəzi layihəsi çərçivəsində maliyyə təşkilatlarının Türkiyəyə gəlməsi üçün addımlar atıldığı bir zamanda sərmayə bazarları baxımından əhəmiyyətli bir təşkilat əks qərar verib. 1995-ci ildə İstanbulda qurulan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası (Federation Euroasia Sec- feas) mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.
Kıvanç 110 min avro xərclədi
Aktyor Kıvanç Tatlıtuğ yeni yaxta alıb. O, bu yaxtaya 110 min avro ödəyib. Fiber yaxta "Mandıra filozofu" filmində Rasim Öztekinin qəhrəmanına aid olduğu üçün baha satılıb.
İranda prezident seçkiləri keçirilir
İŞİD kəndə hücum etdi
İŞİD terrorçularının Suriyanın Akareb kəndinə hücumu nəticəsində 51 nəfər ölüb, 100-dən çox mülki şəxs xəsarət alıb. Terrorçuların hücumu hökumət qüvvələri tərəfindən dəf edilib.
Məşhur musiqiçinin cəsədi tapıldı
Soundgarden və Audioslav qruplarında çıxışı ilə məhşur olan tanınmış amerikalı vokalçı və musiqiçisi Kris Kornell 53 yaşında dünyasını dəyişib.
Dünyanın ən qəmgin iti: onun 2 gün vaxtı qaldı
Lana adlı it 2015-ci ildə “dünyanın ən qəmgin iti” olaraq sosial mediada yayılmış və bir ailə tərəfindən sahibləndirilmişdi. Bunun kanadalı Lananın xoşbəxt sonluğu olacağı düşünülsə də, həmin ailə də şirin iti Ontariodaki sığınacağa geri qaytardı. İndi ona bir ailə tapılmasa, sevimli Lana yatızdırılacaq. Şirin it o qədər kədərli idi ki, gəzintiyə belə çıxmırdı. Sığınacaq işçiləri bildiriblər ki, Lana tipik bir it deyil. İnsanlar sevib, oynaya biləcəkləri bir it axtarırdılar, amma Lana özünü sevdirməyə meylli deyil.
Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə
Banan, portağal, kivi, ananas, qreyfurt və s. kimi meyvələr artıq heç kəsi təəccübləndirmir. Demək olar ki, hər kəsin süfrəsində bu meyvələrə rast gəlinir. Amma dünyada dadını bilmədiyiniz, bəlkə heç adını belə eşitmədiyiniz meyvələr var. Ola bilər ki, bir neçə il sonra bu meyvələr də süfrələrinizi bəzəyəcək.














