"Məndə mal çoxdur, niyə dərd edirlər?"

Həyat yoldaşı Ceyda Sabahdan boşanan müğənni-bəstəkar Coşkun Sabah xanımına təzminat kimi 4 ev, 1 mağaza, 2,2 milyon lirə pul (1,1 milyon manat) verməli olub. 

Həyat yoldaşı Ceyda Sabahdan boşanan müğənni-bəstəkar Coşkun Sabah xanımına təzminat kimi 4 ev, 1 mağaza, 2,2 milyon lirə pul (1,1 milyon manat) verməli olub. Müğənni boşanması ilə bağlı ilk dəfə mediaya danışıb. O deyib ki, həyat yoldaşından qarşılıqlı razılaşma əsasında boşanıb:  "Məhkəmə "sən günahkarsan, al bu da cəzan" demədi. Təzminat mənim ürəyimdən gələn idi, öz istəyimlə verirəm. Bu günədək, çox şükür, qazancım yaxşı olub. "Pulu necə ödəyəcəksən?" deyə soruşurlar. Amma məndə mal çoxdur, niyə dərd edirlər ki? Bir ev, bir mağaza satıb pulu ödəyəcəyəm. Dediyim kimi, ürəyimdən gəldi, heç bir problem yoxdur". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31