Zanyer: "Avropanın təhlükəsizlik problemlərinin həlli əməkdaşlıq tələb edir"

“Avropada təhlükəsizliklə bağlı problemlərdə irəliləyişə nail olmağın yeganə yolu qarşılıqlı fəaliyyətlə bağlı sahələrin axtarılmasıdır”. Bu barədə Çexiyanın paytaxtı Praqada keçirilən ATƏT-in “Parçalanma və qütbləşməyə qarşı” konfransında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

"Avropada təhlükəsizliklə bağlı problemlərdə irəliləyişə nail olmağın yeganə yolu qarşılıqlı fəaliyyətlə bağlı sahələrin axtarılmasıdır". Bu barədə Çexiyanın paytaxtı Praqada keçirilən ATƏT-in "Parçalanma və qütbləşməyə qarşı" konfransında ATƏT-in baş katibi Lamberto Zanyer deyib. "Avropa və dünya təhlükəsizliyinə dair mövcud problemlərin həlli əməkdaşlıq tələb edir. Praqada keçirilən konfrans hazırda dünyada mövcud qeyri-sabitlik şəraitində Avropada sabit, möhkəm təhlükəsizlik mühiti və konstruktiv dialoqun yaradılmasına töhfə verəcək", - deyə o vurğulayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31