Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır

Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakin NATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir. Bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib. 

Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakin NATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir. Bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib. Bundan əvvəl məlum olub ki, alman deputatlarının Türkiyənin "İncirlik" hərbi bazasına səfəri ərəfəsində Ankara Almaniya XİN-nə səfərin mümkünsüz olduğunu bildirib. Bundan sonra Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Almaniya hərbi kontingentinin köçürülməsi üçün qonşu dövlətlərdə "İncirlik"ə alternativ axtaracaq. "Biz son bir neçə həftə ərzində gərginliyi azaltmağa çalışırıq. O bizim qonşumuzdur", - deyə o Vaçinqtonda konfrans zamanı bildirib. Almaniyalı nazir Ankaranın qəbuledilməz şərtlər irəli sürüb. Belə ki, Qabrielin sözlərinə görə, Ankara Berlindən Almaniyada sığınacaq almış şəxslərin ekstradisiya olunmasını xahiş edib. "Bunu qanun və konstitusiya qadağan edir. NATO üzvünün digər üzv dövlətə təzyiq göstərməsi sadəcə mümkünsüzdür", deyə Qabriel qeyd edib və ABŞ-ın məsələnin nizamlanmasına səy göstərəcəyinə söz verdiyini bildirib.  APA-nın "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31