Dünya
Qulağa taxılan mini-kompüter təqdim olunub
"Bragi" startapı "Kickstarter" platformasında smartfon üçün "Dash" adlı simsiz "güclü qulaq kompüteri" üçün vəsait toplama kampaniyasına başlayıb. İstehsalçının iddiasına görə, peşəkar "Dash Pro" qulaqlıq modelində səslənmə keyfiyyəti "Apple AirPods" ilə eynidir, bu halda "Dash Pro" modelinin avtonom iş vaxtı çoxdur və fitnes göstəricilərini daha dəqiq izləyir.
“Google” şirkəti itmiş smartfonların axtarışı üçün mobil proqram təqdim edib
"Google" şirkəti "I/O" konfransında itmiş smartfonların axtarışı üçün nəzərdə tutulmuş "Find My Device" mobil proqramını təqdim edib. Proqramı "Google Play" internet mağazasından yükləmək mümkündür.
İritutumlu məlumatlarla iş üçün yeni superkompüter yaradılıb
“Hewlett Packard” şirkəti rekord - 160 terabayt yaddaş tutumuna malik kompüter prototipi təqdim edib. Söhbət özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yaddaşdan gedir.
“Android” gələcək “Audi” və “Volvo” avtomobillərində quraşdırılacaq
İsveçin “Volvo” və Almaniyanın “Audi” avtomobil istehsalçıları internet nəhəngi “Google” şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində “Android” mobil əməliyyat sisteminin növbəti nəsil avtomobillərə inteqrasiyası nəzərdə tutulur.
Hollivudun milyarder cütlüyü elan olundu
Beyonsla həyat yoldaşı Cey Zi-nin sərvəti milyard dolları keçib. “Forbes” jurnalı Hollivudun ən zəngin cütlüyünün adını açıqlayıb. Məlum olub ki, pop divası olan Beyonsla, reper əri Cey Zinin sərvəti milyard dolları ötüb. Bununla yanaşı jurnal qeyd edir ki, bu sərvətin təxminən üçdə iki hissəsi (810 milyon) Cey Ziyə məxsusdur. Buraya onun xüsusi “Roc Nation” musiqi şirkəti, həmçinin müxtəlif biznes layihələri daxidlir. Jurnalın ekspertləri Beyonsun sərvətini 350 milyon dollar qiymətləndirib. Beləliklə, Noulz-Karter ailəsinin ümumi sərvəti bir milyard və 160 milyon dollara yaxındır.
Bir ailənin qətlinə səbəb olan MƏKTUB - VİDEO
Konyada keçmiş qayınatası, qayınanası və boşandığı yoldaşını öldürən şübhəli prokurorluğa aparılıb. Ədliyyəyə sövq edilən şübhəli ilk ifadəsində oğlunun yazdığı mesajı görüncə əsəbiləşərək qətli törətdiyini deyib.
ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi
KİV Amerika Konqresinin 2017-ci il üçün büdcə sənədini qəbul etdiyi barədə informasiya yayıb. Həmin sənəddə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub.
XİN: "Marat Ueldanov Rusiyaya təhvil verilə bilər"
"Azərbaycanda mühakimə olunmuş Rusiya vətəndaşı Marat Ueldanov ətrafındakı vəziyyət onun cəzasının davamını çəkməsi üçün Rusiyaya təhvil verilməsinin mümkünlüyünü də düşünməyə əsas verir".
Rusiya XİN-dən ÜAK-ın ləğvi ilə bağlı açıqlama
"Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir". Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsini şərh edərkən deyib. O deyib: "Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkə rəhbərləri tərəfindən qəbul edilib." O, əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.
"Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir"
"Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir". Bunu Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Dəstici deyib. Onun sözlərinə görə, Türkiyədə 100 minə yaxın qeyri-leqal erməni miqrant yaşayır: "Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib, daim atəşkəs rejimini pozur. Biz isə Ermənistandan olan qeyri-leqal miqrantları saxlamalıyıq?! Bu qəbulolunmazdır". M.Dəstici vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Dostunun arvadını qaçırdı - "Uşaqlar sizə əmanət" - VİDEO
Adanada özəl bir kollecin şagirdlərini daşıyan mikroavtobus sürücüsünün eyni avtomobildə nəzarətçi olan 3 uşaq anasını qaçırdığı iddia olunub. Qadının əri Gökhan H. arvadını qaçıranın sıradan bir sürücü olduğunu desə də, həmin şəxsin ailəvi tanışları olduğu məlum olub.
Ermənistan prezidenti Bakıdan şikayətləndi - Onu nə narahat edir?
Ermənistan Azərbaycanın anti-erməni siyasətini neytrallaşdırmaq üçün beynəlxalq arenada daha fəal siyasət aparmalıdır. Bunu yeni seçilmiş parlamentin birinci iclasında çıxışında Ermənistan prezidenti Serj Sarkisyan deyib.
"Facebook"a şok cəza - 122 milyon $
Avropa İttifaqının inhisarçılığa qarşı tənzimləyici orqanı "Facebook"u 110 milyon avro (122 milyon dollar) məbləğində cərimələyib. Səbəb 2014-cü ildə "WhatsApp" messencerinin satın alınmasına hazırlıq barədə Avropa Komissiyasına yanlış məlumatın verilməsidir.
Alimlər: "Çimərlik istirahəti vaxtından əvvəl ölümə səbəb ola bilər"
"Çimərlik istirahəti sağlamlıq üçün zərərlidir və hətta vaxtından əvvəl ölümə səbəb ola bilər." Belə nəticəyə Liverpul Universitetinin alimləri gəliblər. Den Katbertsonun rəhbərlik etdiyi qrup orta yaş həddi 25 olan 28 sağlam, fiziki fəal insan üzərində sahildə iki həftəlik məzuniyyətin təsirini araşdırıb.
Putinin “agenti” Trampla gizli danışıqlar aparıb – ŞOK İDDİA
Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçuk seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar aparırdı.














