Dünya
DƏHŞƏT: atasını işdən qovan bələdiyyə sədrini öldürdü, anasının ürəyini...
1954-cü ildə Braziliyada anadan olan Pedro Rodriqez yaba ilə anasını öldürdükdən sonra ürəyini çıxarıb, bişirərək yeyib. Amansız qətllər törədən Pedro qurbanlarını əsasən cinayət aləmindən seçib.
Deputat: “ABŞ və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkə arasında yeni bir mərhələnin başlanğıcının şahidi olacağıq”
Hazırda beynəlxalq siyasi aləmin diqqəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampla görüşü və iki dövlət başçısı arasında müzakirə olunan məsələlərə yönəlib. Nəzərə almaq lazımdır ki, Vaşinqtonda müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar dünyada baş verən proseslərə birbaşa təsir imkanına malik ola bilər. Odur ki, dövlətlər sözügedən görüşdə qəbul edilən qərardan öz maraqları üçün faydalanmağa çalışırlar.
Enerji bazarında inqilab: yanar buz çıxarıldı - VİDEO
Çinli neftçilər dünyada ilk dəfə olaraq "yanar buz" adlanan təbii qaz hidratını əldə ediblər. "Yanar buz" Cənubi Çin dənizində çıxarılıb. Bu barədə Çin Xalq Respublikasının Torpaq və Təbii Ehtiyatlar Nazirliyi rəsmi açıqlama yayıb. "Bu, bir qədər əvvəl ABŞ-da yaşanmış "şist inqilabı" kimi çox ciddi, böyük hadisədir. Sonucda enerjidən istifadə metodları köklü şəkildə dəyişəcək", - nazirliyin Geoloji Tədqiqatlar İdarəsinin rəis müavini Li Szinfa deyib.
Ermənistan hökuməti istefa verdi
Ermənistan hökuməti istefa verib. Prezident Serj Sarkisyan hökumətin istefasını qəbul edib. Hazırkı hökumətin üzvləri yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcəklər.
Ermənistanda 70 yaşlı həkim parlament sədri seçildi
Ermənistan parlamentinin yeni sədri respublikaçı, ixtisasca həkim olan Ara Babloyan olacaq. Qərar hakim Respublika partiyasının Ali orqanının iclası zamanı qəbul edilib. Eyni zamanda "Respublika" partiyasından parlamentin vitse-spikerliyinə iki namizəd irəli sürlüb. Onlar Eduard Şarmazanov və Arpine Hovhannisyandır. Həmçinin parlamentin vitse-spikeri vəzifəsinə müxalif "Çiçəklənən Ermənistan" partiyası da namizədini irəli sürəcək. Artıq, müxalif partiya bu vəzifəyə dünən Mikayel Melkomyanın namizədliyini irəli sürmək qərarına gəlib.
Rus turistlərin olduğu avtobus qəzaya düşdü
Türkiyədə Rusiya turistlərinin olduğu mikroavtobus dərəyə yuvarlanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Muğla – Denizli magistral yolunda səhər saatlarında baş verən qəzada azı 18 nəfərin yaralandığı bildirilir.
500-dən çox fahişə saxlanıldı: "Ərimdən intiqam almaq üçün fahişəlik etdim"
Türkiyənin Adana və Samsun şəhərlərində böyük əməliyyat keçirilib. İnsan alverinə qarşı keçirilən əməliyyatda 500-dən çox qadın saxlanılıb. Məlum olub ki, qadınlar eskort saytlarında xidmət təklif edirmiş. Polisin təqibi nəticəsində Adana və Samsunda yüzlərlə fahişə qadının əməlləri ifşa olunub.
Ermənistan ordusunda ciddi itki - 26 hərbçi öldü
Bu il ərzində Ermənistan Silahlı qüvvələrində ölüm halları kəskin şəkildə artıb və bu məqam hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurur. Bu barədə məlumatı "Johovurd" nəşri yayıb. Qəzet rəsmi məlumatlara əsasən bildirir ki, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb.
Türkiyə baş nazirinin yeni vəzifəsi bəlli oldu
Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) nizamnaməsi dəyişdiriləcək. Bu barədə partiyanın siyasi və hüquqi məsələlər üzrə sədr müavini Həyati Yazıcı məlumat verib. O deyib ki, yeni nizamnamə ilə partiya sədrinin müşaviri müəyyənləşdiriləcək.
Qan qruplarının YARANMA TARİXİ: kimin dədə-babası yırtıcı, kiminki ƏKİNÇİ OLUB?
Məşhur yazıçı Mixail Bulqakov “Ustad və Marqarita”sında belə deyir: “Ən çətin sual qan qrupu ilə bağlı olsun gərək”. Bəlkə də yüz il bundan öncə üçün çətin sual olub, amma müasir dünyanın insanı üçün bu, çox sadə sualdır. Çünki bu günün insanı anlayır ki, öz qan qrupunu bilmək ilk növbədə səhhəti üçün vacibdir. Ola bilər ki, çətin vəziyyətdə yardım göstərmək üçün kiməsə qan lazım olar. Elə özü də qəzaya uğradığı, şüuru özündə olduğu halda qan qrupunu bilməklə ilk yardım edənlərin işini asanlaşdıra bilər. Belə deyirlər ki, eyni qan qrupunu daşıyan insanlar bir-birinə yaxın olur, hadisələri bənzər şəkildə qavrayırlar, bir-birini duya bilirlər. O da var ki, qan qrupunu bilməklə soykökünün, fərd olaraq mövcudluğunun tarixini öyrənmək mümkündür.
12 yaşlı oğlan canlı yayımda qızı öldürdü
12 yaşlı oğlan bilmədən birlikdə oynadığı qızı atasının silahı ilə vurub. Dəhşətli hadisə anbaan Feysbuk-da canlı yayımlanıb. Görüntülərə görə, oğlan əlində oynatdığı odlu silahdan qəfildən atəş açılır.
Gümrüdə 7 ermənini öldürən rus hərbçi cəzasını Rusiyada çəkəcək
Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdə təqsirləndirilən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.
Rus turist həbs olundu
Türkiyənin Antalya şəhərinin Manvqat bölgəsində beş uldulzlu spa - oteldə rus turist həbs olunub. Şahidlərin ifadələrinə görə Rusiya vətəndaşı olan turist spa salonda pul oğurladığı zaman otelin əməkdaşları tərəfindən yaxalanaraq polisə təhvil verilib. Məhkəmə saxlanılan şəxslə əlaqədar həbs qərarıçıxarıb.
İzmirdə terror planlaşdırdılar
Mayın 19 – da Türkiyədə Atatürkü Anma və Gənclik bayramındaki kütləvi tədbirlərdə terror aksiyası törətməyi planlaşdıran terror qruplaşması ifşa olunub. Belə ki, Türkiyənin İzmir şəhərində yerləşən Baş polis idarəsinin Terrorla mübarizə bölməsi Gənclik bayramında terror hadisəsi planlaşdıran yeddi nəfəri həbs edib. Həbs olunan şəxslərin üzərindən çoxlu sayda silah – sursat aşkarlanıb. Hadisə ilə əlaqədar istintaq işi başladılıb.
Yunanıstanda minlərlə insan küçələrə çıxdı: hökumətin istefası tələb olunur
Yunanıstanın paytaxtı Afinada hökumət əleyhdarı ilə polislər arasında şiddətli toqquşma baş verib. Nümayişçilər Yunanıstan parlamentinə girməyə çalışıb. Bu zaman çevik polis qüvvələri baş verənlərə müdaxilə etməyə çalışıb. İnsident zamanı nümayişçilər arasında xəsarət alanlar var.














