Yunanıstanda minlərlə insan küçələrə çıxdı: hökumətin istefası tələb olunur
Yunanıstanın paytaxtı Afinada hökumət əleyhdarı ilə polislər arasında şiddətli toqquşma baş verib. Nümayişçilər Yunanıstan parlamentinə girməyə çalışıb. Bu zaman çevik polis qüvvələri baş verənlərə müdaxilə etməyə çalışıb. İnsident zamanı nümayişçilər arasında xəsarət alanlar var.
18 May 2017 11:43 DünyaYunanıstanın paytaxtı Afinada hökumət əleyhdarı ilə polislər arasında şiddətli toqquşma baş verib. Nümayişçilər Yunanıstan parlamentinə girməyə çalışıb. Bu zaman çevik polis qüvvələri baş verənlərə müdaxilə etməyə çalışıb. İnsident zamanı nümayişçilər arasında xəsarət alanlar var.
Afinanın Kolokotronis meydanında davam edən etiraz aksiyaları zamanı Yunanıstanın müdafiə nazirinin və bir sıra hökumət üzvlərinin istefası tələb olunub. Minlərlə insan küçələrə çıxaraq, Yunanıstanın Baş nazirini təcili köklü islahatlar aparmağa çağırıb. Publika.az xarici mediaya istinadən xəbər verir.