İzmirdə terror planlaşdırdılar
Mayın 19 – da Türkiyədə Atatürkü Anma və Gənclik bayramındaki kütləvi tədbirlərdə terror aksiyası törətməyi planlaşdıran terror qruplaşması ifşa olunub. Belə ki, Türkiyənin İzmir şəhərində yerləşən Baş polis idarəsinin Terrorla mübarizə bölməsi Gənclik bayramında terror hadisəsi planlaşdıran yeddi nəfəri həbs edib. Həbs olunan şəxslərin üzərindən çoxlu sayda silah – sursat aşkarlanıb. Hadisə ilə əlaqədar istintaq işi başladılıb.
18 May 2017 12:04 DünyaMayın 19 - da Türkiyədə Atatürkü Anma və Gənclik bayramındaki kütləvi tədbirlərdə terror aksiyası törətməyi planlaşdıran terror qruplaşması ifşa olunub. Belə ki, Türkiyənin İzmir şəhərində yerləşən Baş polis idarəsinin Terrorla mübarizə bölməsi Gənclik bayramında terror hadisəsi planlaşdıran yeddi nəfəri həbs edib. Həbs olunan şəxslərin üzərindən çoxlu sayda silah - sursat aşkarlanıb. Hadisə ilə əlaqədar istintaq işi başladılıb.
Xəbəri "Olayların" - ın Türkiyə bürosu yayıb.