Bir ailənin qətlinə səbəb olan MƏKTUB - VİDEO

Konyada keçmiş qayınatası, qayınanası və boşandığı yoldaşını öldürən şübhəli  prokurorluğa aparılıb. Ədliyyəyə sövq edilən şübhəli ilk ifadəsində oğlunun yazdığı mesajı görüncə əsəbiləşərək qətli törətdiyini deyib.

İzmirin Torbalı mahalında tutulduqdan sonra Konyaya gətirilən Erdal A.-nın (40), istintaq prosesi yekunlaşıb. Erdal ifadəsində "Yoldaşımla yanvar ayında boşandım. 17 yaşlı oğlumla yaşayırdım. TIR sürücüsü olduğum üçün həftə sonu rayondan kənara çıxırdım. Bazar ertəsi evə gəldiyimdə oğlumun yazdığı "Ata, anamın mənə daha çox ehtiyacı var. Onun yanına gedirəm" yazılmış məktubunu görüncə özümdən çıxdım. Dünya başıma yıxıldı. Onsuz da 7 yaşlı qızımı da görüş günündən başqa vaxt görə bilmədim. Bəzən görüş günlərində də rayondan kənarda olurdum. Uşaqlarımı görə bilmədiyim üçün bu hadisəni törətdim" , - deyib. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31