Rusiya Belarusda istehsal olunan süd məhsullarına məhdudiyyət qoyub
Rusiya Baytar və Bitki sanitariyasına nəzarət üzrə Federal Agentliyi mayın 19-dan Belarusda istehsal edilən süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Rusiya hakimiyyəti bunu qarşı tərəfin sanitar normaları dəfələrlə pozması ilə əlaqələndirib. Belarus müəssisələrinin istehsal etdiyi quru süd, quru süd süzməsi, pendir, yağın Rusiyaya idxalı məhdudlaşdırılıb.
19 May 2017 14:18 DünyaRusiya Baytar və Bitki sanitariyasına nəzarət üzrə Federal Agentliyi mayın 19-dan Belarusda istehsal edilən süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Rusiya hakimiyyəti bunu qarşı tərəfin sanitar normaları dəfələrlə pozması ilə əlaqələndirib. Belarus müəssisələrinin istehsal etdiyi quru süd, quru süd süzməsi, pendir, yağın Rusiyaya idxalı məhdudlaşdırılıb.
Kobrin yağ-pendir zavodu, Molodeçnen süd kombinatı, Novoqrud süd şirkəti, Prujan süd kombinatı, Slutskiy pendir kombinatı və onun Lyuban, eləcə də Babuşkin filialları sanksiyaya məruz qalıb. "Report" "dw"yə istinadən xəbər verir.