Ermənistan parlamentinə üç sədr müavini seçilib
Ermənistan parlamenti sədrinin 3 müavini seçilib. Mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib. Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif “Tsarukyan” blokunu təmsil edirlər.
19 May 2017 13:59 DünyaErmənistan parlamenti sədrinin 3 müavini seçilib. Mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib. Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif "Tsarukyan" blokunu təmsil edirlər.
Xatırladaq ki, Ermənistanın əvvəlki parlamentində sədrin 2 müavini vardı. İndi isə sədr müavinlərinin sayı 3 çatdırılıb.
Qeyd edək ki, mayın 18-də Ermənistan parlamenti Respublikaçılar Partiyasından olan Ara Babloyan sədr seçib. Parlamentin əvvəlki sədri Qalust Saakyan idi. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.