Ermənistan rəhbərliyinin faşizm siyasəti

Ermənilər yeni mübarizə mərhələsinə başlayıblar. Hazırda dünyadakı erməni lobbisinin əsas fəaliyyəti yeni Ağ Ev rəhbəri Donald Trampa yaxınlaşmaq və qondarma soyqırımın növbəti ildönümündə Birləşmiş Ştatlar prezidentinin dilindən soyqırım ifadəsinin işlədilməsinə nail olmaqdır. Elə tanınmış israilli ekspert Arye Qut da belə düşünür. O, bildirib ki, hazırda ermənilər Prezident Donald Trampa yaxınlaşmaq üçün yollar axtarırlar. Keçən il İsrail parlamenti bu məsələni səsverməyə çıxarmadı. Çünki hökumətin mövqeyini təmsil edən portfelsiz nazir Tsaxi Xaneqbi bu məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif etmişdi. Yeri gəlmişkən, Xaneqbi özünün çıxışında “soyqırımı” sözündən istifadə etmir. 1915-ci il hadisələrini sadəcə “faciəli hadisələr” adlandırırdı.

Yaxud bütün dünyanın gözü qarşısında baş verən təcavüzkarlıq

Ermənilər yeni mübarizə mərhələsinə başlayıblar. Hazırda dünyadakı erməni lobbisinin əsas fəaliyyəti yeni Ağ Ev rəhbəri Donald Trampa yaxınlaşmaq və qondarma soyqırımın növbəti ildönümündə Birləşmiş Ştatlar prezidentinin dilindən soyqırım ifadəsinin işlədilməsinə nail olmaqdır. Elə tanınmış israilli ekspert Arye Qut da belə düşünür. O, bildirib ki, hazırda ermənilər Prezident Donald Trampa yaxınlaşmaq üçün yollar axtarırlar. Keçən il İsrail parlamenti bu məsələni səsverməyə çıxarmadı. Çünki hökumətin mövqeyini təmsil edən portfelsiz nazir Tsaxi Xaneqbi bu məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif etmişdi. Yeri gəlmişkən, Xaneqbi özünün çıxışında "soyqırımı" sözündən istifadə etmir. 1915-ci il hadisələrini sadəcə "faciəli hadisələr" adlandırırdı.

Erməni diasporunun Knessetdəki lobbiçiləri artıq neçə ildir ki, qondarma "erməni soyqırımı"nın tanınması barədə məsələ qaldırırlar. Bu lobbiçilər arasında Ermənistan Respublikası tərəfindən maliyyə vəsaiti və akademik imkanları ilə hərtərəfli təmin edilən israilli tədqiqatçı Yair Oron xüsusilə fərqlənir. Əvvəl onu qeyd etməliyəm ki, Yair Oronun kimliyini İsraildə hamı çox gözəl bilir. Bir neçə il bundan əvvəl indiki Ermənistanın hakimiyyət orqanlarının dəstəklədiyi Oron Türkiyədə 1915-ci ildə baş vermiş faciəli hadisələrin ermənipərəst versiyasını yazıb. "Qəbuledilməz laqeydlik" adlı bu material əvvəlcə ivrit dilində dərc edilib, sonra erməni dilinə tərcümə olunub. İki il bundan əvvəl Yair Oron Ermənistana dəvət edilib, orada ona Dövlət Mükafatı verilib. Serj Sarkisyan Oronu qəbul edərək "qiymətli işinə və xidmətlərinə" görə ona təşəkkürünü bildirib. Arye Qut deyib ki, Türk və yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının 500 illik zəngin tarixi var və tarixi faktları unutmaq lazım deyil: "Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərinə bütün vətəndaş hüquqları verərək onları tamamilə məhv olmaqdan xilas edib. İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilər vəhşicəsinə və dəhşətli şəkildə məhv ediləndə Türkiyə yəhudiləri müdafiə edir, onları xilas edirdi". Arye Qutun sözlərinə görə, bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur: "Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan şəksiz liderdir. 25 il ərzində İsrail ilə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir.

İsrail dünya bazarında Azərbaycan neftini əsas alıcılarından biridir. İsrailli ekspert vurğulayır: "İsrailin Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlərə nail olmaq istəyinin daha bir neçə səbəbi var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır. İsrailin istehlak etdiyi neftin 50 faizini təmin edən Azərbaycan həm də Avropada enerji təhlükəsizliyinin və enerji təchizatının şaxələndirilməsinin əsasıdır. Azərbaycan regionda iri enerji mərkəzi olmaqla bərabər, həm də neftin və təbii qazın əsas istehsalçısıdır". İsrailli ekspert onu da deyib ki, erməni faşist və antisemit general Njdenin xatirəsinin "əbədiləşdirilməsi" biabırçılıq və Holokost qurbanlarının xatirələrinə qarşı təhqirdir: "Bu gün artıq danılmaz faktdır ki, Ermənistanda yəhudilər uzun illər boyu mənəvi zorakılığa məruz qalır. Bu zorakılıq antisemit ruhlu kitabların dərc edilməsində, televiziyada antisemit verilişlər göstərilməsində, habelə Holokost qurbanlarının xatirəsinə Yerevanda qoyulmuş memorial lövhənin dəfələrlə murdarlanmasında ifadə olunur. Erməni faşist və antisemit general Njdeyə abidə qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm bizim xalqın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə pərəstiş kampaniyası təşkil edilib. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, mən Azərbaycan arxivlərində saxlanılan tarixi sənədlərlə şəxsən tanış olmuşam. İkinci Dünya müharibəsi illərində faşist başkəsənləri Dro və Njde, eləcə də onların əlaltıları yəhudiləri məhv etdikləri kimi, 1918-ci il mart ayında Azərbaycan quberniyalarında soyqırımında fəal iştirak ediblər. Həmin hadisələr zamanı müxtəlif konfessiyalara və xalqlara mənsub olan on minlərlə dinc sakin - Azərbaycan türkləri, talışlar, tatlar, ləzgilər, kürdlər, yəhudilər xüsusi qəddarlıqla öldürülüb və şikəst edilib. Ermənistanın bugünkü rəhbərliyi faşizmi təbliğ edirsə, mən tamamilə əminəm ki, sabah həmin rəhbərlik Hitlerin "ideya"larını da eyni dərəcədə təbliğ edə bilər. Vurğulamaq lazımdır ki, bu faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir. Bu hərəkətlərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31