Orta məktəbdə kütləvi zəhərlənmə
Çinin paytaxtında kütləvi zəhərlənmə baş verib. İçdikləri sudan zəhərlənən şagirdlər təcili xəstəxanaya aparılıb. Mərkəzi xəstəxanaya yüksək dərəcəli temperatur və ishal şikayətləri ilə 381 şagird daxil olub.
19 May 2017 12:15 Dünya381 şagird xəstəxanalıq oldu
Çinin paytaxtında kütləvi zəhərlənmə baş verib. İçdikləri sudan zəhərlənən şagirdlər təcili xəstəxanaya aparılıb. Mərkəzi xəstəxanaya yüksək dərəcəli temperatur və ishal şikayətləri ilə 381 şagird daxil olub. Müayinə zamanı məlum olub ki, uşaqlar məktəbdə içdikləri sudan zəhərləniblər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbin içməli suyunun tərkibində həddindən artıq zərərli bakteriyalar olub. 125 şagird müalicəsini bitirib, evlərinə buraxılıb. Məktəbdə 10 mindən artıq şagird təhsil alır. Hadisə ilə bağlı məktəbdə tətil elan olunub. Araşdırmalar davam edir. Publika.az