Sosial
Heydər Əliyev fikir və söz azadlığının qarantı kimi
Azərbaycan mətbuatı bu günkü səviyyə, durum, inkişaf dövrünə gəlib çatana qədər xeyli çətin və keşməkeşli, enişli-yoxuşlu yol keçib. Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı 142-ci ilini yaşadığımız bu illər ərzində yalnız iki dəfə öz intibah dövrünü, inkişaf mərhələsini yaşayıb. Hər iki dövr də məhz Azərbaycanın müstəqillik, suverenlik dövrünə təsadüf edib. Birinci inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında, ikinci inkişaf mərhələsi isə Sovetlərin dağılmasından sonra, müstəqillik illərində. Əgər Azərbaycan mətbuatının birinci inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Hökumətin adı ilə bağlı idisə, ikinci inkişaf mərhələsi isə ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır.
Bakı və Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 11-də saat 23 radələrində Sumqayıt şəhəri V.Axundov küçəsində şəhər sakini Əmrah Ağazadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Səadət Abdulovu vurub. Nəticədə S.Abdulov piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. Həmçinin İyunun 11-də saat 22 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Nursəməd Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Hacıağa Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
YAP-ın təşkilatçılığı ilə “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi məhz Ümummilli liderimiz Heydər Əliyevdir.
Azercell İT-bazarın inkişafında öz iştirakını davam etdirir
Azercell Telekom MMC-nin növbəti dəfə dəstək verdiyi “NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatının qalibləri açıqlanıb. 13-cü dəfə baş tutan və Azercell-in əsas partnyoru olduğu “NETTY-2017” - Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəzlənəcək
Azərbaycanda ilk dəfə olaraq, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir. Təhsil Nazirliyindən bildirilib ki, pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq, təhvil verilib. 2017/2018-ci illərdə 232 modul tipli məktəbin də quraşdırılması planlaşdırılıb. Bu ilin sonunadək isə 100 məktəb təhvil veriləcək.
“Azərbaycanla yanaşı, bir çox ölkələrdə psixoloji zorakılığın indikatorunu müəyyən edən amil yoxdur"
“Məişət zorakılığının əsas görünən tərəfi fiziki zorakılıqdır. Bu gün danışılanlar və statistika yalnız məişət zorakılığının bu tərəfini göstərir. Amma reallıqda məişət zorakılığı təkcə fiziki zorakılıqdan ibarət deyil, burada psixoloji, cinsi, iqtisadi və digər hallar var”. Bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Bakı və Xaçmazda aşkar edilən ətlərdə bakterioloji çirklənmə müəyyən edilib
Xəbər verdiyimiz kimi, iyunun 9-da Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at əti aşkar edilmişdir.
Tovuzda avtomobil ağaca çırpılıb
Tovuz rayonunda yol qəzası baş verib. Məlumata görə, hadisə iyunun 12-də səhər saatlarında rayonun Əyyublu kəndi ərazisində baş verib.Əyyublu kənd sakinləri, 1975-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Fəzail qızı və 1968-ci il təvəllüdlü İsmayılova Ceyran Həsən qızının sərnişin qismində getdiyi “VAZ” markalı avtomobil kənd ərazisində idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan qadınlar əkin sahəsinə gedirmiş.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib
Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alıb, bir daha bildiririk ki, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib
Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 997 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Məhkumlar arasında vərəmdən ölüm 100 dəfə azalıb
Ölkəmizdə ümumbəşəri sosial bəla olan vərəm əleyhinə səmərəli mübarizə aparılaraq, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla birgə müvafiq proqramlar və layihələr həyata keçirilir. Maraqlıdır, bəs ölkənin penitensiar müəssisələrində bu xəstəliyə qarşı mübarizəyə necə aparılır?
“Seyidlik vəsiqəsi” kimlərə verilir?
Az əvvəl məscidlərdə nəzir qutularının qoyulması məsələsi gündəmi zəbt etmişdi. İkiyə haçalanan fikirlərdən biri ondan ibarət idi ki, nəzir qutularının gəlir mənbəyinə çevrilməsi yolverilməszdir. Bu iddia ilə çıxış edənlər fikirlərini onunla əsaslandırıdılar ki, məscidlərə nəzarət edənlər nəzir qutusundan əldə edilən gəliri təyinatı üzrə deyil, şəxsi məqsədləri üçün istifadə edir.
Sumqayıtdakı qəbiristanlıqda XAOS: "5-6 adam üst-üstə basdırılıb?" - VİDEO
Qəbir daşları ölən şəxsin yerinin müəyyən edilməsi, mütəmadi olaraq yad edilməsi üçün olduqca vacib amillərdəndir. Məzar daşları özlüyündə həm də tariximizi əks etdirir.
Sosial şəbəkələrdəki real durum qonşu davasına bənzəyir
Günümüzdə sosial şəbəkələr getdikcə cəmiyyət üçün daha mənfi tendensiyalara yol açır, öz təyinatını demək olar ki, itirir. Artıq sosial şəbəkələr sanki kolxoz bazarını xatırladır. Bura üzv olan, oradan qeydiyyatdan keçən əksəriyyət şəxslər sosial şəbəkələrdə cəmiyyəti maarifləndirəcək, onu daha yaxşı şeylər barədə məlumatlandıracaq xəbərlər paylaşıb, yanaşmalar ortaya qoymaq əvəzinə bunun əksi ilə məşğul olurlar.
DSX Akademiyasının 10 illiyi qeyd olunub
İyun ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib.














