DSX Akademiyasının 10 illiyi qeyd olunub
İyun ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib.
12 İyun 2017 14:37 Sosialİyun ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib. Dövlət Sərhəd Xidmətinin Akademiyasında güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, peşəkar sərhədçi kadrların hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığı, Akademiyanın ötən müddət ərzində böyük inkişaf yolu keçərək beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb. Çıxış edənlər Dövlət Sərhəd Xidməti Akademiyasının 10 illik yubiley mərasiminin həm də ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının qələbə təntənəsinin yaşandığı vaxta və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı 05 iyun 2017-ci ildə tarixi Fərmanların imzalandığı ərəfəyə təsadüf etməsini əlamətdar hal kimi qeyd ediblər. Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçular təltiflənib.