Bakı və Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 11-də saat 23 radələrində Sumqayıt şəhəri V.Axundov küçəsində şəhər sakini Əmrah Ağazadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Səadət Abdulovu vurub. Nəticədə S.Abdulov  piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. Həmçinin İyunun 11-də saat 22 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Nursəməd Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Hacıağa Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31