Sosial şəbəkələrdəki real durum qonşu davasına bənzəyir

Günümüzdə sosial şəbəkələr getdikcə cəmiyyət üçün daha mənfi tendensiyalara yol açır, öz təyinatını demək olar ki, itirir. Artıq sosial şəbəkələr sanki kolxoz bazarını xatırladır. Bura üzv olan, oradan qeydiyyatdan keçən əksəriyyət şəxslər sosial şəbəkələrdə cəmiyyəti maarifləndirəcək, onu daha yaxşı şeylər barədə məlumatlandıracaq xəbərlər paylaşıb, yanaşmalar ortaya qoymaq əvəzinə bunun əksi ilə məşğul olurlar.

Rəfail Becanov: "Facebook"da əxlaq və mənəvi dəyərlərin aşınmasına qarşı ictimai müqavimətin təşkili çox önəmlidir"

Günümüzdə sosial şəbəkələr getdikcə cəmiyyət üçün daha mənfi tendensiyalara yol açır, öz təyinatını demək olar ki, itirir. Artıq sosial şəbəkələr sanki kolxoz bazarını xatırladır. Bura üzv olan, oradan qeydiyyatdan keçən əksəriyyət şəxslər sosial şəbəkələrdə cəmiyyəti maarifləndirəcək, onu daha yaxşı şeylər barədə məlumatlandıracaq xəbərlər paylaşıb, yanaşmalar ortaya qoymaq əvəzinə bunun əksi ilə məşğul olurlar. Heç şübhəsiz ki, bu kimi mənfi hallar isə cəmiyyət tərəfindən normal qarşılanmır. Hətta bir çox vətəndaş cəmiyyəti nümayəndələri, ictimai-siyasi fəallar sosial şəbəkələrdə bu kimi mənfi tendensiyaya qarşı müəyyən adekvat addımların atılmasını zəruri sayırlar.  Elə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi də günümüzdə aktual olan bu mövzuya toxunub. Belə ki, təşkilat qeyd edilən mövzu ətrafında Sumqayıtda ictimai müzakirə keçirib Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin "Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai səfərbərlik yolları" layihəsi çərçivəsində keçirilən Ictimai müzakirədə sosial mediada əxlaq və mənəvi dəyərlərin qorunması, istifadəçilərin müqavilə öhdəliklərinə əməl etməsi və müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət, sosial mediada "terror", bunun insanların həyatına və ictimai təhlükəsizliyə təsiri, onunla mübarizədə ictimai səfərbərlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sumqayıt şəhər Tarix Muzeyində baş tutan təbdirdə ictimaiyyətin və QHT-lərin nümayəndələri, fəal gənclər, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bloggerlər iştirak edib. Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq, layihə və layihədən gözlənilənlər haqqında geniş çıxış edib. O bildirib ki, sosial mediada və şəbəkələrdə, xüsusən də ölkə əhalisinin ən çox istifadə etdiyi "Facebook"da əxlaq və mənəvi dəyərlərin aşınmasına qarşı ictimai müqavimətin təşkili çox önəmlidir. Bunun üçün bloggerlərin, sosial şəbəkələrdə olan müxtəlif səhiflələrin və ya qrupların adminlərinin prosesə nəzarəti gücləndirilməsi və gənclərin bu istiqamətdə aparılan maarifləndirmə işlərinə cəlb edilməsi vacibdir: "Hazırda sosial şəbəkədəki saxta profillərlər ictimai-siyasi fəalları, siyasətçiləri, dövlət məmurlarını, tanınmış adamları, öz fikrini açıq ifadə edənləri hədəfə alması ciddi problemə çevrilib. Sosial şəbəkələrdə real durum qonşu davalarına bənzəyir. Təhqir, böhtan sosial media normasına çevrilməkdədir. Düşünürük ki, maarifləndirmə bunun qarşısını almaq üçün ilkin vasitələrdən biridir". Tədbirdə çıxış edən layihənin eksperti Vilayət Muxtar ilk olaraq sosial şəbəkələrin müsbət tərəfinə toxunub:" Bir çox şəxslər sosial şəbəkələr vasitəsilə doğru informasiyalar alır, yayır. Şəxsi əlaqələrin qurulmasında, insanlar arasında daha asan rabitə kimi sosial media kifayət qədər effektli bir vasitədir. Ancaq sosial medianın bu müsbət cəhətlərindən bir çox hallarda mənfi mənada istifadə edilir. Saxta hesabların geniş yayılması və şər, böhtan xarakterli məlumatların rahat şəkildə paylaşılması ciddi problemlər yaradır.". İctimai müzakirədə iştirak edən Sumqayıt İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov da bu gün sosial şəbəkə istifadəçilərinin yaratdığı problemlərə toxunub. F.Kazımov sosial şəbəkələrdə qanuna zidd fəaliyyət göstərənlər üçün nəzərdə tutulan cəza tədbirlərinin çox yüngül olduğunu və bu problemin aradan qaldırılması üçün cəza tədbirlərini daha da sərtləşdirməyin zəruri olduğunu vurğuladı. Tədbirdə çıxış edən şairə Xatirə Fərəcli keçirilən tədbirin önəmli olduğunu və bu səpkili layihələrin davamlı olaraq keçirilməsinin vacib olduğunu qeyd edib. QHT rəhbəri Mehdi Mehdiyev də bu mövzuda keçirilən tədbirlərin cəmiyyətin, xüsusilə də gənclərin gələcək həyatı üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31