“Seyidlik vəsiqəsi” kimlərə verilir?
Az əvvəl məscidlərdə nəzir qutularının qoyulması məsələsi gündəmi zəbt etmişdi. İkiyə haçalanan fikirlərdən biri ondan ibarət idi ki, nəzir qutularının gəlir mənbəyinə çevrilməsi yolverilməszdir. Bu iddia ilə çıxış edənlər fikirlərini onunla əsaslandırıdılar ki, məscidlərə nəzarət edənlər nəzir qutusundan əldə edilən gəliri təyinatı üzrə deyil, şəxsi məqsədləri üçün istifadə edir.
12 İyun 2017 15:07 SosialBu, Azərbaycan dini mühitinə yaraşmayan əməldir
Az əvvəl məscidlərdə nəzir qutularının qoyulması məsələsi gündəmi zəbt etmişdi. İkiyə haçalanan fikirlərdən biri ondan ibarət idi ki, nəzir qutularının gəlir mənbəyinə çevrilməsi yolverilməszdir. Bu iddia ilə çıxış edənlər fikirlərini onunla əsaslandırıdılar ki, məscidlərə nəzarət edənlər nəzir qutusundan əldə edilən gəliri təyinatı üzrə deyil, şəxsi məqsədləri üçün istifadə edir. Buna baxmayaraq hətta məscidlərdə bankomatların qoyulması məsləsi də gündəmə gəlmişdi. İlahiyyatçılar qeyd edirlər ki, İslam dinində nəzir anlayışı haqqında açıqlama Peyğəmbərimiz tərəfindən verilib. Hədis elmi çərçivəsi əsasında səhih, doğruluğu təsdiq olunan bir hədisdə Allah Rəsulu buyurub ki, "bir qulun nəzir verməsi onda olan heç nəyi dəyişməz. Ancaq paxılın əlindən malı çıxmış olar". Digər qrup isə ümumiyyətlə nəzir qutularının yığışdırılmasını təklif edirdi. Bu təklifi dəstəkləyənələr fikirlərini onunla əsaslandırıdılar ki, insanlar nəzir verməklə sanki tanrıyla sövdələşməyə girirlər. Onların qənaətinə görə, ziyarətgahlar ancaq mədəniyyət abidəsi kimi dəyərə sahibdir. Qeyd edək ki, hələ də sözügedən məsələ aşıq qalıb və məscidlərin böyük əksəriyyətinə nəzir qutuları qoyulub. Məlumata görə, Peyğəmbərimiz və imamlar öz övladlarına nəzir almağı, sədəqə almağı qadağan edib. Bildirib ki, biz ancaq hədiyyələri alırıq. Sədəqə və nəzir ancaq imkansız insanlara verilir. Lakin bu gün bəzi özlərini "seyid", peyğəmbər nəslindən olduğunu iddia edənlər də peyğəmbərin sözünə məhəl qoymadan insanlardan sədəqə və nəzir yığırlar. Xüsusi ilə yalançı seyidlər bu arada fürsətdən gen-bol istifadə edirlər. Əlbəttə belə seyid adı altında insanlardan pul almaq haramdır. Çox təəssüf ki, bəzi "dindar insanlar" bir az da irəli gedərək ayri-ayrı şəxslərə "seyidlik vəziqəsi" verirlər. Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Cənub bölgəsindəki qazısı Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyev adlı gəncə "seyidlik vəsiqəsi" verməsi xeyli müzakirələrə yol açıb. Ortaya çıxan əsas sual ondan ibarədttdir ki, seyidlik vəsiqəsinin verilməsi dində mövcuddurmu?
Əvala onu qeyd edək ki, Hacı Mirqiyas Təhməzov bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib: "Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib". Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib: "Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyidir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm".Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb: "İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya, hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam". Maraqlıdır, xalqın inamını qazanmaq üçün "seyidlik vəsiqəsi"nin olması vacibdirmi?
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal deyib ki, bu cür halların baş verməsi yalançı seyidlərin çoxalması ilə bağlıdır: "Təəssüf ki, bu gün seyidlərin sayı yüzləri, minləri keçməkdədir. Dini dəyərlərə bağlılığı, aidiyyatı olmayanlar dəyərlərimizi istismar edərək, insanların dini duyğularını zəbt etməkdədir. Təəsssüf ki, bu gün Azərbaycanda seyidə "seyidlik vəsiqəsi" də verənlərə rast gəlirik. Dünən iftarda idik. Bizə xidmət edən uşaqdan adını soruşduqda Mirağa olduğunu dedi. Hardan olduğunu soruşanda Yevlaxdan olduğunu bildirdi. Bəlli oldu ki seyid nəsli də deyil. Sən demə, bir ocaqda bu adı uşağa qoyublar. Baxın, görün nə qədər Mir sözü ilə başlayan adlar var. Bu da həqiqi seyidlərin itməsinə gətirib çıxarır. "Seyidlik vəsiqəsi"nin verilməsi biabrçılıqdan başqa bir şey deyil. Bu hadisə İslam dininə ziddir. İnsanın vəsiqəsi onun əməlidir. Allah yanında ən üstün olan ilahi təqvadır. Təqvası olmadıqdan sonra seyid olması nəyə yarayacaq? Bu, Azərbaycan dini mühitinə qarşı yaraşmayan hal, hərəkət və əməldir". Seyid Camal Əzimbəylinin sözlərinə görə, əsrlərdir ki, Azərbaycan xalqı Əhli-beytə, peyğəmbər və onun xalqına sevgi və sayqısını israrla bildirməkdədir: "Bunun da nəticəsidir ki, Əhli-beyt müəssisəsi həmişə ocaqları hər zaman xalq tərəfindən sevilib, seçilib. İnsanlar seyid ocaqlarına öz sevgi və sayğılarını göstəriblər. Seyidlik peyğəmbərin Əhli-beytinə yetişən müsəlmana verdiyi addır. Azərbaycan ərazisində yaşayan, onlarla Əhli-beyt daşıyıcısı olan seyidlər həmişə xalqın and yerinə çevriliblər. Dəyərlərin qorunmasında, qan davalarının yatırılmasında ağır seyidlərin misilsiz xidmətləri var. İndi bu cür hallarla seyidlik adına ləkə vururlar". Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa "Seyid Ağa" vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib. QMİ-dən bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: "Möhürdən də göründüyü kimi bu, idarənin yox, qazının möhürüdür". İdarədən məsələnin araşdırılacağı bildirilib və əlavə edilib ki, hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.
Zəka