Sosial
İnsanları ilk baxışda tanımaq üçün bu 7 əlamətə diqqət edin...
İlk dəfə tanışdığınız birinin xarakteri haqqında bəzi detalları bilmək üçün, diqqət etməyiniz lazım olan bir neçə nöqtə var. Bu nöqtələrə diqqət edərək, qarşınızdakı insanla nə qədər səmimi olmanıza tez bir şəkildə qərar vedə bilərsiniz. Edəcəyiniz bu analiz, dostluqda, eşqdə və ya iş ilə bağlı düzgün qərar verməyinizə köməklik göstərəcəkdir.
Xanımlar, özünüzü kişiyə sevdirmək üçün bu yazını mütləq oxuyun...
“Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır”. Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözəllik etalonu seçib ona bənzəməyə çalışırlar.
Alimlər: Çuğundur şirəsi içən idmançılar məşqlərdə az yorulurlar
Çuğundurun xassələrini öyrənən Ekster Universitetinin (İngiltərə) alimləri müəyyən ediblər ki, çuğundur şirəsi enerjiyə qənaət etməklə bədənin müqavimətini artırır. Alimlər müşahidə ediblər ki, çuğundur şirəsi içən idmançılar məşqlərdə az yorulurlar. Onlar tədqiqatların nəticələrinə əsasən belə qənaətə gəliblər ki, çuğundurun faydalılığını başa düşmək üçün onun şirəsindən içə-içə idmanla müntəzəm məşğul olmaq lazımdır. Müəyyən vaxtdan sonra idmançı daha az yorulduğunu hiss edir və hətta məşqlərin müddətini 16 faiz artırsa belə, heç bir fərq hiss etmir.
Diqqət: Ayaqyalın gəzmək uşaqlar üçün çox faydalıdır
Təzə doğulmuş uşaq mühitə asanlıqla uyğunlaşır. O, demək olar ki, istənilən şəraitə alışa bilər. Valideynlər uşaq üçün maksimum təbii şərait yaratmalıdırlar ki, orqanizmin anadangəlmə müdafiə qüvvəsini gücləndirsinlər. Təbii termotənzimləmə mexanizmlərini işə salmaq üçün temperaturun kəskin dəyişməsi, hava və günəş vannaları, ayaqyalın gəzmək və su prosedurları çox vacibdir.
Uşaq evində işgəncə verildiyi deyilən 18 yaşlı qız HƏR ŞEYİ ETİRAF ETDİ - VİDEO
“Şəki Qarışıq Tipli Uşaq Evində məskunlaşan 18 yaşlı qızın işgəncəyə məruz qalması ilə bağlı məsələ ətrafında bu gün araşdırma apardıq. İlk video yayılanda qızın öyrədilməsini anlaşılırdı. Bugünkü görüşümüz bunu bir daha təsdiqlədi”.
Yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən Azadinform-a verilən məlumata görə, hadisə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 6 p.m elektrik kabelinin yanması nəticəsində baş verib. Bildirilir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
KİVDF müsabiqə elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2017-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
136 uşağın yoluxduğu rotavirus nədir?
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində kütləvi zəhərlənən uşaqlarda rotavirus infeksiyası aşkarlanıb. Son dörd gün ərzində 136 uşağın bu virusa yoluxması valideynlərdə böyük narahatlığa səbəb olub.
Baş pediatr: “Sumqayıtda su xəttinə hansısa mənbədən çirkab qarışdığı ehtimal olunur”
“Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən çirkab qarışır”. Bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargahın yaradıldığını deyən N. Quliyev qeyd edib ki, indiyədək qərargaha 136 müraciət olub: “Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb.
İtkin düşən nişanlı qızlar tapıldı
Şirvan şəhərində bir neçə gün əvvəl itkin düşən qızlar tapılıb. 17 gün əvvəl yoxa çıxan nişanlı qızlar bu gün evlərinə dönüblər. Onlar mətbuatda bu barədə məlumat yayılandan sonra bu addımı atdıqlarını açıqlayıblar.
“Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı işıq üzü görüb
Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun “Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Camal Mustafayev, rəyçisi isə Əkbər Ağayevdir. Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü il kiril qrafikalı nəşri əsasında oxucuların tələbini nəzərə alaraq latın qrafikasında Cavid İsmayılovun redaktorluğu və ideya müəllifliyi ilə yenidən çap olunub.
Dünya şöhrətli alim Qərb Universitetinin fəxri professoru oldu
Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə ilə çıxış edib. Universitetdən “Olaylar” – a bildirilib ki, Qərb Universitetinin rektoru, professor Andris Leitas qonağı təqdim edib, tanınmış alim barədə məlumat verib. M.Əfəndiyev Qərb Universitetinin yaxşı ənənələri olduğunu qeyd edərək dəvətə görə təşəkkür edib. Professor “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda mühazirəsində dünyanın aparıcı universitetlərinin təcrübəsi ilə bağlı nümunələri diqqətə çatdırıb, tədrisin keyfiyyətinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı
İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Yığıncaqda bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin direktorları iştirak ediblər.
İctimai Birliyin yeni qərargahı istifadəyə verilib
15 iyun – Qurtuluş günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iyunun 12-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahı istifadəyə verilimişdir.
Azərbaycanın ən cazibədar bədəninə sahib qızı və oğlanı seçildi - VİDEO
"Mens Physique" və Bikini-Fitness üzrə ilk Azərbaycan Çempionatı baş tutub. Yarış Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunub. Yarış iyun ayın 10-u "Khazar Golden Beach"də baş tutub. Yarışmaya qatılanlardan Fərhad Heydərov "Mens Physique" üzrə, Salatın Əsədova isə Bikini-Fitness üzrə birincilik qazanıb.














