Sosial
Ötən il istehsalatda 84 nəfər ölüb, 165 nəfər xəsarət alıb
2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiistehsalatla əlaqəli sayılmış 159 bədbəxt hadisənin təhqiqatını aparıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu hadisələrdən 16-sı qrup halında baş verib: "Bu hadisələr nəticəsində 84 nəfər həyatını itirib, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (24,2%), emal sənayesində (16,8%), nəqliyyat sektorunda (12,4%), mədənçıxarma sektorunda (14,9%), energetika sahəsində (6,8%) və digər sahələrdə (24,9%) baş verməsi müəyyən edilib. Tikinti sektorunda 39 bədbəxt hadisə baş vermiş (onlardan qrup halında bir hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 10 nəfər, xəsarət alanların sayı isə 30 nəfər olub".
Nazirlik: Ötən il 6800-dən çox əcnəbiyə iş icazəsi verilməyib
2016-cı ilin dekabrın 1-nə Dövlət Miqrasiya Xidmətitərəfindən rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 11271 müraciət daxil olub. Nazirlikdən verilən məlumata görə, onlardan 6259-u yeni, 5012-si isə ötən illər ərzində verilmiş iş icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.
Ötən il əmək qanunvericiliyini pozan şəxslər 940 min manat cərimələnib
2016-cı ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 30 nəfər öz əvvəlki işlərinə bərpa edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Akif Əlizadə: “Günəş enerjisindən kifayət qədər istifadə edə bilmirik”
“Son zamanlar baş verən qlobal iqlim dəyişmələri Azərbaycana da öz təsirlərini göstərir. Bu isə torpaq, iqlim ehtiyatlarının öyrənilib modernləşdirilməsini təmin edir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminarda çıxışı zamanı deyib.
Cinayət Məcəlləsinə dəyişiklik edilib
Milli Məclisin növbədənkənar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb. “Olaylar” xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 143-1-ci maddəsinin adında və dispozisiyasında “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilir. Mövcud mətndə göstərilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcburetmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təklif olunan mətndə “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilir.
Milli Məclisin növbədənkənar iclasının vaxtı dəyişdirildi
Milli Məclisin iyunun 23-nə nəzərdə tutulan növbədənkənar iclasının vaxtı dəyişdirilib.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlament sədri Oqtay Əsədov bildirib. Spiker deyib ki, növbəti növbədənkənar iclas iyunun 30-da keçiriləcək.
Qanun dəyişdi – bu idman federasiyalarına maliyyə verilməyəcək
Milli Məclisin iyunun 13-də keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilməsi müzakirə edilib. “Olaylar” xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib
Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir. Bunlar bir sıra beynəlxalq sənədlərin ratifikasiyası, Əmək, Vergi və Gömrük məcəllələrinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Əmək pensiyaları haqqında”, “Valyuta tənzimi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və digər qanunlara əlavə və dəyişikliklərdən ibarətdir.
Nazir: "Qobustan qoruğunu ziyarət edən turistlərin sayı xeyli artıb"
"Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edən turistlərin sayı xeyli artıb". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bütün turist şirkətləri Qobustan səfərini turizm paketlərinə daxil edir: "Keçən il Qobustanı təxminən 100 minə yaxın insan ziyarət edib.
"Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda iyunun 23-dən 25-nə kimi keçiriləcək "Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 13 – 22 iyun Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, 14 – 23 iyun Abşeron rayonunun Hökməli qəsəbəsində, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirlib ki, həmçinin, səyyar avtobuslar 22 may – 20 iyun Qusarda, 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 5 – 19 iyun Ağdamda, səyyar ASAN qatar 10 – 24 iyun Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Limon suyuna bir çimdik qırmızı bibər tökün və... - SELLÜLİTDƏN QURTULUN
Yunanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var (YENİLƏNDİ) - VİDEO
Hər gün tərxun yeyin, - 7 dərdə çarə tapın!
Dadlı və ətirli tərxun həmçinin güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir.











