Yunanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var (YENİLƏNDİ) - VİDEO

Yunanıstanın Lesbos adasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bir qadın Vris qəsəbəsində evinin dağıntıları altından tapılıb.

Hazırda adada bütün məktəblər bağlanıb. Təhsil Nazirliyi Lesbos və Xiosda çərşənbə axşamı keçirilməli olan buraxılış imtahanlarını təxirə salıb.

***

Yunanıstanın Lesbos və Xios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, təkanlar Lesbos adasında dağıntıya səbəb olub.

Xüsusilə də adanın cənubundakı Plomari şəhəri zəlzələdən zərər görüb. Burada yaşayış evləri dağılıb, bir qadının xəsarət aldığı bildirilir. Amma dağıntılar barədə hələlik rəsmi məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00