Diqqət: Ayaqyalın gəzmək uşaqlar üçün çox faydalıdır

Təzə doğulmuş uşaq mühitə asanlıqla uyğunlaşır. O, demək olar ki, istənilən şəraitə alışa bilər. Valideynlər uşaq üçün maksimum təbii şərait yaratmalıdırlar ki, orqanizmin anadangəlmə müdafiə qüvvəsini gücləndirsinlər. Təbii termotənzimləmə mexanizmlərini işə salmaq üçün temperaturun kəskin dəyişməsi, hava və günəş vannaları, ayaqyalın gəzmək və su prosedurları çox vacibdir.

Ayaqyalın gəzmək ən mühüm möhkəmləndirici prosedurdur. Pəncə möhkəmlənir, yeriş asanlaşır, qamət və koordinasiya yaxşılaşır. Uşağın pəncəsi soyuq olduqda qorxmaq lazım deyildir. Pəncə orqanizmin termotənzimlənməsinə görə əsas cavabdeh hissədir. Bədənin istilik balansı uşağın hərəkəti hesabına tənzimlənir. Ayaqyalın gəzərkən pəncədəki bioloji aktiv nöqtələr fəallaşır. Nahamar səthdə gəzmək daha yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31