AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Yığıncaqda bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin direktorları iştirak ediblər.

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Yığıncaqda bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin direktorları iştirak ediblər.
Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbir AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanovun giriş sözü ilə başlayıb, gündəlikdə olan məsələlər iştirakçıların diqqətinə çatdırılıb. 
Gündəlikdə olan növbəti məsələ yubileylərin keçirilməsi barədə olub. İclasda bir sıra kadr məsələlərinə baxılıb, eləcə də AMEA Zoologiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb. Sonra AMEA Genetik Ehtiyatlar İnstitutunun 3 əməkdaşının Çin və ABŞ-nin tanınmış universitetlərinə ezam olunması ətrafında fikirlər səsləndirilib və müvafiq qərarlar qəbul edilib.
Ümumi yığıncaqda yeni təsis olunmuş "AMEA-nın professoru" elmi adına namizədliyini təqdim etmiş şəxslərin adları diqqətə çatdırılıb. Namizədlərin sənədləri ilə tanışlıqdan sonra elmi və pedaqoji fəaliyyətlərinə dair müzakirələr aparılıb.
Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov "AMEA-nın professoru" elmi adının verilməsi məqsədilə keçirilən seçkidə biologiya və tibb elmləri üzrə 4 namizədin iştirak etdiyini bildirib. Akademik Ə.Əmiraslanov qeyd edib ki, bu ada layiq görüləcək alimlərin Akademiyada baş verən proseslərdə daha yaxından iştirakı təmin ediləcək. Sonra büro üzvləri adları qeyd edilən namizədlər barədə fikirlərini səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31