Alimlər: Çuğundur şirəsi içən idmançılar məşqlərdə az yorulurlar
Çuğundurun xassələrini öyrənən Ekster Universitetinin (İngiltərə) alimləri müəyyən ediblər ki, çuğundur şirəsi enerjiyə qənaət etməklə bədənin müqavimətini artırır. Alimlər müşahidə ediblər ki, çuğundur şirəsi içən idmançılar məşqlərdə az yorulurlar. Onlar tədqiqatların nəticələrinə əsasən belə qənaətə gəliblər ki, çuğundurun faydalılığını başa düşmək üçün onun şirəsindən içə-içə idmanla müntəzəm məşğul olmaq lazımdır. Müəyyən vaxtdan sonra idmançı daha az yorulduğunu hiss edir və hətta məşqlərin müddətini 16 faiz artırsa belə, heç bir fərq hiss etmir.
12 İyun 2017 19:20 SosialÇuğundurun xassələrini öyrənən Ekster Universitetinin (İngiltərə) alimləri müəyyən ediblər ki, çuğundur şirəsi enerjiyə qənaət etməklə bədənin müqavimətini artırır. Alimlər müşahidə ediblər ki, çuğundur şirəsi içən idmançılar məşqlərdə az yorulurlar. Onlar tədqiqatların nəticələrinə əsasən belə qənaətə gəliblər ki, çuğundurun faydalılığını başa düşmək üçün onun şirəsindən içə-içə idmanla müntəzəm məşğul olmaq lazımdır. Müəyyən vaxtdan sonra idmançı daha az yorulduğunu hiss edir və hətta məşqlərin müddətini 16 faiz artırsa belə, heç bir fərq hiss etmir.
Tədqiqatçılar çuğundurun belə təsirinin təkcə nəticəsini deyil, səbəbini də öyrəniblər. Mütəxəssislər yeddi kişi üzərində tədqiqat aparmış, hər dəfə idmanla məşğul olduqdan sonra onların əzələlərinin gərginlik səviyyəsini ölçmüş, habelə maqnit-rezonans skanlama aparmışlar. Məlum olmuşdur ki, çuğundur şirəsi qanda nitratın miqdarını iki dəfə artırır, əzələlərin enerji mənbəyindən istifadəsini azaldır. İdmançıların əzələlərində oksigenə tələbat azaldığı üçün onlar daha səmərəli məşq edirlər.