Tovuzda avtomobil ağaca çırpılıb

Tovuz rayonunda yol qəzası baş verib. Məlumata görə, hadisə iyunun 12-də səhər saatlarında rayonun Əyyublu kəndi ərazisində baş verib.Əyyublu kənd sakinləri, 1975-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Fəzail qızı və 1968-ci il təvəllüdlü İsmayılova Ceyran Həsən qızının sərnişin qismində getdiyi “VAZ” markalı avtomobil kənd ərazisində idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan qadınlar əkin sahəsinə gedirmiş.

Tovuz rayonunda yol qəzası baş verib. Məlumata görə, hadisə iyunun 12-də səhər saatlarında rayonun Əyyublu kəndi ərazisində baş verib.Əyyublu kənd sakinləri, 1975-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Fəzail qızı və 1968-ci il təvəllüdlü İsmayılova Ceyran Həsən qızının sərnişin qismində getdiyi "VAZ" markalı avtomobil kənd ərazisində idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan qadınlar əkin sahəsinə gedirmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31