“Azərbaycanla yanaşı, bir çox ölkələrdə psixoloji zorakılığın indikatorunu müəyyən edən amil yoxdur"
“Məişət zorakılığının əsas görünən tərəfi fiziki zorakılıqdır. Bu gün danışılanlar və statistika yalnız məişət zorakılığının bu tərəfini göstərir. Amma reallıqda məişət zorakılığı təkcə fiziki zorakılıqdan ibarət deyil, burada psixoloji, cinsi, iqtisadi və digər hallar var”. Bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
12 İyun 2017 15:48 Sosial"Məişət zorakılığının əsas görünən tərəfi fiziki zorakılıqdır. Bu gün danışılanlar və statistika yalnız məişət zorakılığının bu tərəfini göstərir. Amma reallıqda məişət zorakılığı təkcə fiziki zorakılıqdan ibarət deyil, burada psixoloji, cinsi, iqtisadi və digər hallar var". Bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, bir çox ölkələrdə məişət zorakılığının qarşısının alınması haqqında qanunlar olmasına baxmayaraq, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə iqtisadi və psixoloji zorakılığın indikatorunu müəyyən etmək üçün amil yoxdur: "Fiziki zorakılıq halları ilə bağlı konkret sübutlar olduğu üçün, polis tərəfindən müəyyən edilərək ekspertiza idarəsini göndərilir və məhkəməy çıxan zaman zorakılığı sübut edən baza olur. Amma iqtisadi və psixoloji zorakılığın indikatorlarını müəyyən etmək çox çətindir. Heç bir ölkədə belə hallarla bağlı meyarlar yoxdur. Bu baxımdan düşünürəm ki, biz bu məsələni müzakirə edib, digər ölkələrdən fərqlənməliyik".
Birlik sədri söyləyib ki, psixoloji zorakılıq hətta iqtisadi zorakılıqdan da böyük fəsadlara gətirib çıxarır: "İqtisadi zorakılığın da fəsadları kifayət qədər dağıdıcıdır. Hələ ki, biz məişət zorakılığının yalnız bir tərəfini araşdırırıq. Bu sahədə problemlər qalmaqdadır. Bununla bağlı çoxlu işlər görülməlidir". Sia.az